"Rusiya şirkətləri Qarabağda fəaliyyət üçün 17 layihə təqdim ediblər" - Şahin Mustafayev

Hazırda oxunan: "Rusiya şirkətləri Qarabağda fəaliyyət üçün 17 layihə təqdim ediblər" - Şahin Mustafayev

71544

Rusiya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət üçün 17 layihə təqdim ediblər.

Bizim.Media xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, Rusiyanın "KamAz" şirkətinin Cəbrayılın "Araz Vadisi İqtisadi Zonasında" tikintisi iyunda başa çatması planlaşdırılır.

Ş. Mustafayev əlavə edib ki, Azərbaycan şirkətləri də öz növbəsində Rusiyada bir sıra sahələrdə layihələr icra ediblər: "Azərbaycan şirkətləri Rusiyada sanatoriya və zavod tikiblər. Hazırkı mərhələdə isə yeni təşəbbüslərin icrası ilə bağlı danışıqlar davam edir".
Qeyd edək ki, Cəbrayıl rayonunda "KamAz" şirkətinin servis mərkəzinin təməli 2021-ci ildə qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO