Paşinyanın danışıqlar ətrafında yeni OYUNU – Fərhad Məmmədovun ŞƏRHİ

Paşinyanın danışıqlar ətrafında yeni OYUNU – Fərhad Məmmədovun ŞƏRHİ

Hazırda oxunan: Paşinyanın danışıqlar ətrafında yeni OYUNU – Fərhad Məmmədovun ŞƏRHİ

71325

“Görünən odur ki, Paşinyan hər hansı bir formada bu məsələni danışıqlar predmetinə çevirmək istəyir”. 

Bunu Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Ermənistan baş naziri Nikol Paşinyanın Moskva səfərindən sonra sözünün əksinə gedərək, “Arsaxa müstəqillik” iddialarını yenidən gündəmə gətirməklə sülh danışıqlarından qaçmağa çalışmasına münasibət bildirərkən deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın “Artsax” sayıqlamasının SƏBƏBİ: “Rusiya prosesi pozmağa çalışır”


“Onun ilk fikri bu idi ki, Azərbaycanla sülhə gedilməlidir. Eyni zamanda o, Qarabağ ermənilərinin təhlükəsizlik zəmanəti haqqında da danışır. Bu əsasda da ənənəvi olaraq iddia edirlər ki, yalnız status məsələsi müəyyən olunduqda, təhlükəsizlik zəmanəti onların özləri tərəfindən təmin oluna bilər. Paşinyanın Moskva səfərindən sonra Avropa rəhbərliyi də Rusiya ilə danışıqlar apardı. Böyük ehtimalla həmin danışıqda da bu əsas məsələlərdən biri idi”. 

Həmsöhbətimiz qeyd edir ki, ATƏT-in Minsk qrupu tarixin arxivinə gedəndən sonra, status məsələsinin müzakirə edildiyi hər hansı bir format da artıq yoxdur: 

“Azərbaycanın isə bu məsələni ümumiyyətlə müzakirə etmir. İkincisi, bu məsələnin müzakirə olunduğu hər hansı bir formatda da iştirak etmirik. Yeganə ATƏT-in Minsk formatında status məsələsi qaldırılırdı. Ancaq artıq o da arxivə gedib. Belədə, həmin məsələnin müzakirə edildiyi hər hansı bir format qalmır”. 

F. Məmmədov düşünür ki, yeganə olaraq bu mövzu Rusiya sülhməramlılarının mandatı ilə bağlı olaraq bu və ya digər formada müzakirə oluna bilər: 

“Mandat olmadığı halda, onların hüquq və vəzifələri də müəyyən edilməyib. Yeganə vəzifə Laçın dəhlizinin təhlükəsizliyinin qorunmasından ibarətdir. Digər ərazilərlə bağlı isə sülhməramlıların hər hansı bir formada hüquq və vəzifələri qeyd olunmayıb. Ona görə də düşünürəm ki, Paşinyan Rusiya və avropalılardan Azərbaycanla sülh sazişinə paralel olaraq bu məsələnin gündəmə gətirilməsini də xahiş edib”. 

Ekspertin fikrincə, Paşinyan status məsələsini gündəmə gətirməklə Rusiya sülhməramlılarının mandatını sülh müqaviləsinin imzalanması ilə şərtləndirəcəksə, həmin müqavilənin bağlanması prosesi uzanacaq:

“Amma Rusiya sülhməramlılarının mandatı məsələsi hələ ki, nə Azərbaycan-Rusiya gündəliyində, nə də Azərbaycan-Avropa-Ermənistan gündəliyində qeyd olunmayıb. Bakı bunun qarşısını alıb”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO