Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar.
Tərəflər Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər.
Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.
Tərəflər həmçinin humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:03 / 25.04.2022
Ceyhun Bayramovla Ararat Mirzoyan arasında növbəti telefon danışığı - Bu məsələdə razılıq əldə olundu
Hazırda oxunan: Ceyhun Bayramovla Ararat Mirzoyan arasında növbəti telefon danışığı - Bu məsələdə razılıq əldə olundu
Hazırda oxunan: Ceyhun Bayramovla Ararat Mirzoyan arasında növbəti telefon danışığı - Bu məsələdə razılıq əldə olundu
71249
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.