Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi 5 prinsip əsasında imzalanacaq - VİDEO

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi 5 prinsip əsasında imzalanacaq - VİDEO

Hazırda oxunan: Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi 5 prinsip əsasında imzalanacaq - VİDEO

70917

“Biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik. Hal-hazırda xarici işlər nazirləri, iki ölkənin nazirlikləri işçi qrupları formalaşdırır və hesab edirəm ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, danışıqları çox uzatmaq lazım deyil: “Çünki məhz bu beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə də müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Biz bu təklifi irəli sürməklə bir daha xoş niyyətimizi, uzaqgörənlik göstəririk”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO