Pakistan Hökumətinin istehfasından sonra Pakistan-Əfqanıstan sərhəddində toqquşmalar yenidən başladı. Hadisələrin köhnə məcraya sürətli dönüşünü isə bir müddət heç kim gözləmirdi. Bəs nə baş verdi?
Bölgədə yaranan yeni reallıqlarla bağlı Bizim.Media-ya Pakistanlı siyasi ekspert Hammad Kakar danışıb.
Ekspertin sözlərinə görə, Pakistanın keçmiş Baş Nazirİ İmran Xan, ABŞ-ın Əfqanıstanın yeni hökuməti ilə əlaqəsində və Əfqanıstan daxilində yaranmış gərginliklərin nizamlanmada böyük rol oynayırdı.
“Keçmiş baş nazirin Əfqanıstanla bağlı siyasəti ondan ibarət idi ki, biz heç vaxt heç bir ölkənin Pakistan torpağından Əfqanıstana qarşı istifadə etməsinə icazə verməyəcəyik”.
Mövzunu daha ətraflı şərh edən ekspert söylədi ki, İmran Xan bir jurnalistə müsahibəsində Pakistanın ABŞ-ın Pakistanın hava məkanından Əfqanıstana qarşı istifadəsinə icazə verəcəyi ilə bağlı sualına cavabında “Qətiyyən yox” söyləmişdi:
“Və bu “qətiyyən yox” İmran Xan üçün böyük problem oldu və ABŞ İmran Xanı baş nazir kürsüsündən uzaqlaşdırmaq və özünə tabe olacaq başqa bir şəxsi baş nazir etmək üçün səylərə başladı”.
Ekspert əlavə edib ki, yeni Baş nazir gələndən bir gün sonra Pakistan tərəfindən Əfqanıstanda dağıntılara səbəb olan və çoxlu günahsız insanların həlak olduğu hava hücumları baş verdi və bu hava hücumlarında bir neçə terrorçu da həlak oldu.
“Yeni Baş nazir Amerikaya meyilli siyasət yürüdür və o, Pakistanı yenidən müharibələrə cəlb edə bilər. Bu isə Pakistan üçün yaxşı heç nə vəd eləmir. Əfqanıstanla yaranmış gərginlik region üçün də təhlükəlidir. Biz müharibələri susdurmaq istəyirdik. Görünür bu ABŞ-ın maraqlarına uyğun deyil. Bizə ümid etmək qalır, düşünək ki, daha böyük itkilər olmadan tərəflər razılığa gələcək”.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:30 / 21.04.2022
Pakistan-Əfqanıstan sərhəddində nə baş verir? - Pakistanlı ekspertdən EKSKLÜZİV AÇIQLAMA
Hazırda oxunan: Pakistan-Əfqanıstan sərhəddində nə baş verir? - Pakistanlı ekspertdən EKSKLÜZİV AÇIQLAMA
Hazırda oxunan: Pakistan-Əfqanıstan sərhəddində nə baş verir? - Pakistanlı ekspertdən EKSKLÜZİV AÇIQLAMA
70804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.