"Çili Azərbaycanla əməkdaşlıq üçün açıqdır".
Bizim.Media xəbər verir ki, bunu Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Fidel Koloma Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Sakit okean: Azərbaycan və Latın Amerikası ölkələri arasında əlaqələndirici halqa rolu oynayan Sakit okean alyansı” mövzusunda keçirilən "dəyirmi masa"da bildirib.
Diplomat deyib ki, Pasifik Alyans üzv ölkələr arasında iqtisadi əməkdaşlığı inkişıaf etdirmək məqsədini daşıyır.
“Biz Azərbaycanda olmağa çox şadıq, çünki Azərbaycan Cənubi Qafqazda Alyansın bütün üzv ölkələrinin təmsil olunduğu yeganə ölkədir”, - o vurğulayıb.
Xatırladaq ki, ticarət bloku olan Sakit okean alyansına 4 Latın Amerikası ölkəsi – Meksika, Peru, Çili və Kolumbiya daxildir. Azərbaycan təşkilatda müşahidəçi qismində təmsil olunur.
Ötən ilin dekabr ayında Sakit okean alyansının Bakıda ofisi açılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:14 / 21.04.2022
\"Azərbaycanla əməkdaşlığa hazırıq\" - Çilinin müvəqqəti işlər vəkili
Hazırda oxunan: \"Azərbaycanla əməkdaşlığa hazırıq\" - Çilinin müvəqqəti işlər vəkili
Hazırda oxunan: \"Azərbaycanla əməkdaşlığa hazırıq\" - Çilinin müvəqqəti işlər vəkili
70747
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.