\

\"Yaxın vaxtlarda hökumətlərarası komissiyanın iclasını keçirmək lazım olacaq\" - Prezident

Hazırda oxunan: \"Yaxın vaxtlarda hökumətlərarası komissiyanın iclasını keçirmək lazım olacaq\" - Prezident

70589

"Bu gün biz investisiya layihələri ilə bağlı çox məsələləri müzakirə etdik. Bu gün geniş tərkibdə görüşdə bu barədə daha ətraflı danışacağıq – nəqliyyat infrastrukturu ilə bağlı məsələlər, bizim nəqliyyat imkanlarımızı birləşdirməyin mümkünlüyü. Biz Qırğızıstanda və Azərbaycanda həyata keçirilmiş layihələr və onları qarşılıqlı faydalı şəkildə necə əlaqələndirməyin mümkün olması barədə fikir mübadiləsi aparmışıq. Kənd təsərrüfatında əməkdaşlığın inkişafı ilə bağlı məsələləri də müzakirə etmişik. Burada da böyük perspektivlər var. Yəni, məsələlərin əhatə dairəsi genişdir". 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birlikdə keçirdiyi geniş tərkibdə görüşdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Qırğızıstan Prezidenti və xanımının şərəfinə rəsmi ziyafət verildi


"Əminəm ki, biz səfərin yekunlarına əsasən əldə edilmiş razılaşmaların reallaşması üçün konkret proqram müəyyən edəcəyik.

Əlbəttə, düşünürəm ki, lap yaxın vaxtlarda hökumətlərarası komissiyanın iclasını keçirmək lazım olacaq. Həmin komissiya sonuncu dəfə üç il bundan əvvəl iclas keçirib. Fikrimcə, səfərin yekunlarına əsasən prezidentlərin verəcəyi tapşırıqlar da məhz həmin hökumətlərarası komissiyanın iclası çərçivəsində nəzərdən keçirilməlidir", - dövlət başçısı bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO