“Erməni diasporunun danışıqlar prosesinə təzyiq etmək imkanları azalıb” – Ekspertin ŞƏRHİ

“Erməni diasporunun danışıqlar prosesinə təzyiq etmək imkanları azalıb” – Ekspertin ŞƏRHİ

Hazırda oxunan: “Erməni diasporunun danışıqlar prosesinə təzyiq etmək imkanları azalıb” – Ekspertin ŞƏRHİ

70352

“Sözsüz ki, Rusiyadakı erməni diasporu Putinlə Paşinyan arasında Moskvada olacaq görüşə müəyyən mənada təzyiq göstərməkdə maraqlıdır. Amma buna nail olacaqları ağlabatan deyil. Çünki həmin prosesə erməni diasporunun heç bir təsir imkanı yoxdur”. 

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri Moskvada bu gün baş tutacaq Putin-Paşinyan görüşünə Rusiyadakı erməni diasporunun təzyiq etmək imkanını dəyərləndirərkən deyib:

“Həmin görüş bilavasitə Rusiyanın dövlət maraqlarına xidmət edən rəsmi görüşdür. Rusiya Prezidentinin mətbuat katibi Peskov da Putin-Paşinyan görüşünün əhəmiyyətini qeyd edib. Peskovun belə açıqlama ilə çıxış etməsinin əsas səbəbi Rusiya Ukrayna müharibəsi çərçivəsində demək olar ki, heç bir dünya ölkəsi rəhbərlərinin Moskvaya səfərinin mümkün olmaması ilə bağlıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyana verilən SON TAPŞIRIQ: “Rus əsgəri yaralanmalı və ya öldürülməlidir...”


Belə bir ərəfədə, İrəvanla Moskva arasında müəyyən sənədin imzalanmasının gündəmə gəlməsi beynəlxalq ictimai rəyə Rusiyanın müttəfiqlərini göstərmək anlamı daşıyır. 

Aprelin 6-da Brüsseldə Bakı ilə İrəvan arasında razılaşdırılmış məqamlar da istər-istəməz Rusiyanı narahat edir. Rusiya özünün iştirakı olmadan ərsəyə gələn prosesləri həzm edə bilmir. Ona görə də Putinlə Paşinyan arasında Moskva görüşü Rusiya üçün bir fürsətdir. Bu fürsətdən yararlanmaq üçün də Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında tormozlayıcı amil olmaqdan çıxıb, prosesə daha çox yön verməklə konkret siyasi nəticələrin əldə olunmasını stimullaşdırmalıdır. Buna Rusiyadakı erməni diasporu müəyyən təzyiqlər göstərə bilər.
 

Amma prosesdə Kremlin özü maraqlı olsa, erməni diasporunun təzyiqləri heç bir əhəmiyyət kəsb etməyəcək. Ona görə də burada erməni diasporunun təzyiq mexanizmlərindən danışmaq artıq mümkün deyil”. 


Politoloq bildirir ki, erməni diasporunun prosesə təzyiq edib-etməyəcəyi bütün hallarda Kremlin özündən asılıdır:

“O, tormozlayıcı amil olaraq qalsa, yaranmış durum Rusiyanın prosesdən kənarlaşdırılmasına gətirib çıxara bilər. Ya da Rusiya görüşü fürsət bilib, Qərbin regiona müdaxiləsinin qarşısını almaq üçün prosesi Türkiyə ilə birgə çözməyə çalışmalıdır. Bütün bunların fonunda erməni diasporunun prosesə təzyiq etmək imkanları yox dərəcəsindədir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO