Şarl Mişel Paşinyanla telefon danışığı HAQDA: “İlham Əliyevlə əldə edilən razılaşmalar...”

Şarl Mişel Paşinyanla telefon danışığı HAQDA: “İlham Əliyevlə əldə edilən razılaşmalar...”

Hazırda oxunan: Şarl Mişel Paşinyanla telefon danışığı HAQDA: “İlham Əliyevlə əldə edilən razılaşmalar...”

70319

“Brüsseldəki son müzakirələrimizi davam etmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyanla danışdım”.

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

“Cənubi Qafqazın dinc, sabit və təhlükəsiz olmasını təşviq etmək üçün göstərilən bütün səylərə dəstəyimiz tamdır”, - siyasətçi bildirib.

Qeyd edək ki, ötən gün N.Paşinyanla Ş.Mişel arasında telefon danışığı olub.

Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, tərəflər aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, eləcə də Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, bu gün Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacaq.

Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli bəyanatların icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcək.
Görüşdə Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələləri ətrafında da fikir mübadiləsi aparılacağı da gözlənilir.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO