“Sputnik Azərbaycan”ın yayımı dayandırılmalıdır - Tural Abbaslı Simonyanın çıxışına OD PÜSKÜRDÜ

“Sputnik Azərbaycan”ın yayımı dayandırılmalıdır - Tural Abbaslı Simonyanın çıxışına OD PÜSKÜRDÜ

Hazırda oxunan: “Sputnik Azərbaycan”ın yayımı dayandırılmalıdır - Tural Abbaslı Simonyanın çıxışına OD PÜSKÜRDÜ

69959

Rusiyanın “Sputnik” İnformasiya Agentliyinin Azərbaycandakı nümayəndəliyinə Vitali Denisovun rəhbər təyin edilməsi Azərbaycan ictimayyəti tərəfindən birmənalı qarşılanmadı. Vitali Denisovun əvvəllər qondarma Cənubi Osetiya Respublikasında rəhbər olduğu müddətdə separatçı informasiyalar yaymaqla məşğul olmasının yanı sıra “Sputnik” İnformasiya Agentliyinin rəhbəri Marqarita Simonyanın tez-tez qondarma Arsax separatçılarına dəstəyə köklənən çıxışları da Azərbaycan ictimayyətinin səbr kasasını daşıran məqamlardan biridir.

Simonyanın Azərbaycanın ərazi bütövlüyünün əleyhinə köklənən çıxışları yerli media orqanlarında, o cümldən bir çox iqtidar və müxalifət nümayəndələri arasında “Sputnik” Azərbaycan ofisinin bağlanması ilə bağlı geniş müzakirələrə səbəb olub.

Sözügedən məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən “Ağ Partiyanın” sədri Tural Abbaslı bildirib ki, Azərbaycan saytlarının Rusiyada bloklanmasının müqabilində rəhbərliyində anti-Azərbaycan mövqeli şəxsin durduğu “Sputnik”in Azərbaycan daxilində bloklanmasını məqbul hesab edir. 

“Saytların ölkə ərazisində bloklanması praktikası Amerika da daxil olmaqla, bir çox ölkələrdə icra olunan bir prosesdir. Rusiya özü bu yaxınlarda bəzi Azərbaycan saytlarını blokladı və Ukraynaya dəstəklərindən dolayı öz yanaşması ilə bunu arqumentləşdirdi. Burda məsələ hansı şərtlər daxilində bloklanmalarından ibarətdir. Biz də Simonyanın Qarabağdakı separatçılara dəstək tipli açıqlamalarını əsas götürərək Sputniki bloklaya bilərik”.

Partiya sədri əlavə edib ki, həmçinin Azərbaycan milli maraqlarına zidd olan digər Rusiya saytlarını və kanallarını da bloklaya bilər. Bu diplomatiya bilinən güzgü effekti ilə aparıla bilər.

Yəni, başqa bir ölkə sənin diplomatına və ya mövqeyinə qarşı hansı addımı atırsa, sən də eynisini ona qarşı icra edirsən. 
 

“İkinci bir məsələ odur ki, rəhbərliyində anti-Azərbaycan mövqeli  və vaxtaşırı separatçıları dəstəkləyən bir adamın dayandığını bildiyimiz bir informasiya agentliyinin Azərbaycandakı fəaliyyətinə niyə göz yummalıyıq?


Məsələ o şəxsin milliyyətində deyil, mövqeyindədir. Nəinki “Sputnik” məncə Azərbaycanın ərazi bütövlüyünü tanımayan anti-Azərbaycan mövqeli bütün saytlar bloklanmalıdır. Məncə, iqtidar da bu məqamları əsas tutaraq çəkinmədən milli maraqlarımızı həm “Sputnik”ə, həm də Rusiyaya qarşı ortaya qoymalıdır - deyə fikirlərini yekunlaşdırıb.”

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO