Rusiya Kiyevdən quru qoşunlarını niyə GERİ ÇƏKİB? - Amerikalı analitikdən Rusiyanın taktiki gedişlərinə ŞƏRH

Rusiya Kiyevdən quru qoşunlarını niyə GERİ ÇƏKİB? - Amerikalı analitikdən Rusiyanın taktiki gedişlərinə ŞƏRH

Hazırda oxunan: Rusiya Kiyevdən quru qoşunlarını niyə GERİ ÇƏKİB? - Amerikalı analitikdən Rusiyanın taktiki gedişlərinə ŞƏRH

69950

Rus quru qoşunlarının Ukraynanın paytaxtı Kiyevdən geri çəkilməsi mövzusu qısa müddət ərzində müzakirələrə səbəb olan məsələlərdən biri oldu.

Kremlin sözçüsü Dmitri Peskov bunun Rusiyanın Ukraynada sülhə doğru atdığı hərbi addım olduğunu söyləsə də, Rusiyanın gücünün tükənməsi ilə bağlı xəbərlər dünya gündəmini zəbt etdi. 

Bəs Rusiya quru qoşunlarının Kiyevdən geri çəkilməsinin əsas səbəbi nə idi?

Amerikada yaşayan siyasi analitik İrina Tsukerman mövzu ilə bağlı Bizim.Media-ya verdiyi açıqlamasında deyib ki, Rusiya artıq bir gün öncə yenidən Kiyevi havadan atəşə tutmağa başlayıb.

Hava hücumları quru qüvvələrindən böyük öhdəlik tələb etmir, buna görə də Rusiya öz qoşunları və texnikası üçün çox risk etmədən itkilərin və maddi ziyanın sayını artırmamaq üçün bu taktikanı seçdi.

Döyüşmək üçün uyğun işə cəlb olunan canlı qüvvə tükənir. Rusiyanın tanklar və zirehli maşınlar kimi bir çox avadanlıqları təmir oluna bilməyəcək dərəcədə zədələnib və dəyişdirilməsi isə uzun vaxt aparacaq.
Ekspertin fikrincə, Rusiya Ukraynada nə qədər uzun müddət fəaliyyət göstərirsə, mümkün müharibə ehtimalları da bir o qədər çox olacaq, çünki Ukraynada könüllülər və ölümcül silahların tədarükü baş verir, o cümlədən son vaxtlar Ukrayna ABŞ-dan çox əhəmiyyətli bir dəstək paketi alır.

“Bunun müqabilində müharibənin uzun müddət davam edəcəyi ehtimalı hələ ki real görünür. Uzanan müharibə vəziyyəti isə çoxsaylı itkiləri və insan ölümlərini qaçılmaz edir”. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO