Prezident “ASAN xidmət”in əməkdaşlarını təltif etdi

Prezident “ASAN xidmət”in əməkdaşlarını təltif etdi

Hazırda oxunan: Prezident “ASAN xidmət”in əməkdaşlarını təltif etdi

6991

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncamla “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Baxşəliyev Kamil Qəhrəman oğlu

Əliyev Əşrəf Yusif oğlu

Məmmədov Elvin Qasım oğlu

Osmanov Kənan İslam oğlu

Rəhimova Kəmalə Fizuli qızı

Rüstəmov Şahbaz Qadir oğlu

“Tərəqqi” medalı ilə

Cavadov Mehdi Nasir oğlu

Əmiraslanova İradə Azər qızı

Məmmədli Sahil Gülağa oğlu

Naxçıvanski Cəmşid Yusif oğlu

Niftəliyev Elnur Allahverdi oğlu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO