“O tarixi gündə Azərbaycanın bütün şəhərləri iki qardaş ölkənin bayraqlarına bürünmüşdü” - Zakir Həsənov

“O tarixi gündə Azərbaycanın bütün şəhərləri iki qardaş ölkənin bayraqlarına bürünmüşdü” - Zakir Həsənov

Hazırda oxunan: “O tarixi gündə Azərbaycanın bütün şəhərləri iki qardaş ölkənin bayraqlarına bürünmüşdü” - Zakir Həsənov

6988

"Bu gün qardaşlarımızı ölkəmizdə görməkdən çox xoşbəxtəm".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birgə Bakıda iştirak etdiyi hərbi mərasimdə deyib.

Türkiyə ilə Azərbaycan arasında tarixi birlik və həmrəylik bağlarının olduğunu bildirən Z.Həsənov "Türkiyə hər zaman bizim yanımızda olub.

Türkiyə Prezidenti, Müdafiə naziri və digər rəsmilər hər zaman Azərbaycana dəstək nümayiş etdiriblər”, - deyib.

Türkiyənin böyük dəstəyinə görə bir daha təşəkkür edən nazir Azadlıq Meydanındakı Zəfər paradında Türkiyə Silahlı Qüvvələrinin və Azərbaycanın Ordu heyətinin çiyin-çiyinə keçidini xatırladıb:

"O tarixi gündə Azərbaycanın bütün şəhərləri Türkiyə və Azərbaycan bayraqlarına bürünmüşdü”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO