Əli Əsədov Albaniyanın Baş naziri ilə görüşdü

Əli Əsədov Albaniyanın Baş naziri ilə görüşdü

Hazırda oxunan: Əli Əsədov Albaniyanın Baş naziri ilə görüşdü

69713

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə rəsmi səfərdə olan Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşüb.

Nazirlər Kabinetindən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Albaniya Baş nazirinin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Enerji sahəsində əməkdaşlığın Azərbaycan-Albaniya əlaqələrinin əsas istiqamətlərindən birini təşkil etdiyi bildirilərək Cənub Qaz Dəhlizi layihəsinin birgə həyata keçirilməsinin önəmi qeyd edilib.
Görüşdə iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın iqtisadi, ticari, enerji, sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər geniş müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO