İlham Əliyevdən Səfərbərlik Xidməti ilə bağlı FƏRMAN

İlham Əliyevdən Səfərbərlik Xidməti ilə bağlı FƏRMAN

Hazırda oxunan: İlham Əliyevdən Səfərbərlik Xidməti ilə bağlı FƏRMAN

69686

“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə” təsdiq edilib.

Bizim.Media-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Bundan başqa, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqləndirmə nişanlarının təsvirləri” də təsdiq edilib.

Nazirlər Kabineti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normalarını iki ay müddətində müəyyən etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO