Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətlərinin rəhbərləri Moskvada görüşdü - YENİLƏNİB

Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətlərinin rəhbərləri Moskvada görüşdü - YENİLƏNİB

Hazırda oxunan: Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətlərinin rəhbərləri Moskvada görüşdü - YENİLƏNİB

6915

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru ordu generalı Aleksandr Bortnikovun dəvəti ilə Rusiya Federasiyasında rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində Rusiya FTX-nin direktoru Aleksandr Bortnikovun vasitəçiliyi ilə general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında görüş keçirilmişdir.

Görüşdə Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan və beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin hazırkı vəziyyəti, sərhəd təhlükəsizliyi, işğaldan azad olunmuş ərazilərdə terrorçuluqla mübarizə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş və girov götürülmüş şəxslərin taleyinin aydınlaşdırılması, meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

Eyni zamanda zərurət yaranacağı təqdirdə məlumat mübadiləsi üçün müvafiq əlaqə kanalının təşkilinin vacibliyi də qeyd edilmişdir.

***

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general polkovnik Əli Nağıyev Moskvada Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanla görüşüb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat Rusiya sosial şəbəkələrində yayılıb.

Mənbə yazır ki, görüşü Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov təşkil edib. Görüşdə məhkumların geri qaytarılması və itkin düşənlərin axtarışı ilə bağlı məsələlər müzakirə edilib və bir sıra mövzulara aid danışıqlar aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO