Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Koreya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonqla görüşüb.
Bizim.Media xəbər verir ki, nazir bu barədə "Facebook" hesabında yazıb. Rəşad Nəbiyev bildirib ki, görüşdə iki ölkə arasında rəqəmsal transformasiya, innovasiya və startaplar sahəsində mövcud əməkdaşlığı və Koreyanın İKT ekspertlərinin ölkəmizə dəvət olunması məsələsini müzakirə edilib.
"Eyni zamanda İT üzrə təhsil sahəsində münasibətlərin genişləndirilməsi imkanlarını nəzərdən keçirdik.
Azərbaycanlı gənclərin Koreyanın ali məktəblərində İT sahəsində təhsil alması, eləcə də mütəxəssislərimizin Koreya İnternet Təhlükəsizliyi Agentliyi (KISA) tərəfindən təşkil olunan qısamüddətli kibertəhlükəsizlik təlimlərində iştirakı barədə fikir mübadiləsi apardıq",- nazir qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
01:22 / 12.04.2022
Azərbaycanla Koreya arasında əməkdaşlıq MÜZAKİRƏSİ
Hazırda oxunan: Azərbaycanla Koreya arasında əməkdaşlıq MÜZAKİRƏSİ
Hazırda oxunan: Azərbaycanla Koreya arasında əməkdaşlıq MÜZAKİRƏSİ
69128
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.