“Fransada seçkilərin ikinci turunda Rusiya və Avropa üz-üzə gələcək” – Türkiyəli EKSPERT

“Fransada seçkilərin ikinci turunda Rusiya və Avropa üz-üzə gələcək” – Türkiyəli EKSPERT

Hazırda oxunan: “Fransada seçkilərin ikinci turunda Rusiya və Avropa üz-üzə gələcək” – Türkiyəli EKSPERT

69085

“Fransa prezidentliyinə namizəd Le Pen Rusiyanın Azərbaycanla bağlı qərarlarını izləyir, çünki o, Avropa İttifaqının daha zəif olduğunu öz davranışları ilə ifadə edir və Rusiyaya yaxınlıq nümayiş etdirir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyənin Qafqaz Siyasi Araşdırmalar Mərkəzinin eksperti Meltem Aydoğan səsləndirib.

Politoloq qeyd edib ki, Fransada keçirilən prezident seçkilərinin birinci turundan sonra mənzərə daha da aydın oldu. Sosialist partiyası, Respublikaçılar, Yaşıllar və digərləri Makronu dəstəklədiklərini inkar etmirlər:
 

MÖVZU İLƏ BAĞLI:

Makron prezident seçkilərinin birinci turunda qalib gəldi


“Lakin yeni ifrat sağçı partiyanın lideri Zemmour Le Pen ilə ittifaq yarada bilər. Sorğulara görə, Makron 52% səslə qalib, Le Pen 48% səslə uduzan tərəf ola bilər. Həddindən artıq sağçı və xaricilərə qarşı olan Milli Cəbhə seçkilərdə çox az fərqlə uduzan tərəf olacaq. Ancaq parlament seçkilərində yekdil səs olarsa, Fransa parlamenti daha çox ifrat sağçılarla qərarlaşa bilər. 

Meltem Aydoğan qeyd edib ki, fransız siyasətçilərinin əksəriyyəti erməni lobbisi ilə işləyir. Buna görə də həm Makron, həm də Le Pen Ermənistana yaxın olduqlarını sərgiləməklə məşğuldurlar:

“II Qarabağ müharibəsi zamanı onların hər ikisi Ermənistana dəstək mesajlı açıqlamalar veriblər. Lakin Makron Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu etiraf etməklə Azərbaycanın öz torpağında legitimliyini qəbul etdi.

Le Pen və ümumən ifrat sağçıların isə Rusiya ilə yaxınlığı məlumdur. Buna görə də bu cinahda Ukrayna-Rusiya müharibəsi məsələsində ümumi sükut hökm sürür. Bu il Fransa Avropa Birliyinin müddətli prezidenti oldu.
Avropaçılıq Makronun siyasətində mühüm məsələ olduğundan, Makron Avropanın Azərbaycanla bağlı birlik qərarlarına əməl edir. Le Pen isə Rusiyanın Azərbaycanla bağlı qərarlarını izləyir, çünki o, Avropa İttifaqının daha zəif olduğunu öz davranışları ilə ifadə edir və Rusiyaya yaxınlıq nümayiş etdirir. Deməli, seçkilərin II turunda Rusiya və Avropa üz-üzədir. Bu məqama diqqət verməyi məqbul görürəm”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO