ATƏT-in Minsk Qrupu yenidən Qarabağa dönə bilərmi? – Ermənilərin iddiası, Lavrovun cavabı, Bakının ŞƏRTİ

ATƏT-in Minsk Qrupu yenidən Qarabağa dönə bilərmi? – Ermənilərin iddiası, Lavrovun cavabı, Bakının ŞƏRTİ

Hazırda oxunan: ATƏT-in Minsk Qrupu yenidən Qarabağa dönə bilərmi? – Ermənilərin iddiası, Lavrovun cavabı, Bakının ŞƏRTİ

68784

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında bəyan edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina edib.

“ATƏT-in Minsk qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk qrupunu ləğv ediblər” – deyə Lavrov qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Minsk qrupu kimə lazımdır?” - Həmsədrlərin buraxılması məsələsinə REAKSİYA 


Bu isə onu göstərir ki, 30 ilə yaxın fəaliyyəti dövründə Qarabağ münaqişəsinin tənzimlənməsində bir addım belə irəliləyişə nail olmayan ATƏT-in Minsk qrupu tarixin arxivinə qovuşur.

Qeyd edək ki, son zamanlar Ermənistan bütün vasitələrdən istifadə edərək çalışırdı ki, sülh istiqamətində olacaq danışıqlara Minsk qrupu da cəlb edilsin. Minsk qrupunu gündəmə gətirməklə, ermənilər status məsələsində öz xülyalarının gerçəkləşməsinə çalışırdılar. Amma göründüyü kimi, bu iflasa uğradı. 

Hansı amillər ATƏT-in Minsk qrupunun tarixin arxivinə yuvarlanmasına səbəb olub?  

Aydın məsələ idi ki, iş görməyi bacarmayan, yaxud da bunu etmək istəməyən bir qurumun taleyi sonda belə də olmalı idi. Yəni, Minsk qrupunun belə aqibətlə üzləşməsinin başlıca günahkarı orada təmsil olunan həmsədr dövlətlər olub. 
Azərbaycanın tutduğu doğru mövqe də Minsk qrupunun sonunun yaxınlaşmasını sürətləndirib.

Belə ki, 44 günlük müharibədə qələbədən sonra Bakı elan etdi ki, problem artıq həll olunduğundan ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Bunu dəfələrlə Prezident İlham Əliyev də öz açıqlamalarında bildirib. “Hesab edirəm ki, onlar özləri üçün bir gündəlik formalaşdırmalıdırlar. Bu, bizim işimiz deyil. Halbuki, mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub”.

Məhz Azərbaycanın tutduğu bu prinsipial mövqeyin nəticəsidir ki, yararsız Minsk qrupu Lavrovun dediyi kimi ləğv edilib.

Digər tərəfdən, “ölünün dəfn edilməsi” mərasimi Rusiya Ukraynaya hücum etdiyi zaman başa çatdı. Qərb heç bir alyans və qurumda Rusiya ilə birlikdə olmaqdan imtina etməklə başa saldı ki, “bizim öz marağımız var”, ermənilərin maraqları onlar üçün heç yüzüncü də deyil.

Hətta dünya erməniliyin xaç atası Fransanın özü belə “su meymunun boğazına çatanda, balasını ayaq altına atar” prinsipi ilə davrandı. Və doğrusu bu idi. Ədalətsiliyi müdafə etməyin bəlli bədəlləri də var.
Bütün bunlar onu göstərir ki, Minsk qrupu formatı daha olmayacaq. Bu isə Azərbaycan diplomatiyasının növbəti uğurudur. 

İrəvan hələ bir müddət də buna təkid etməkdə israrlı olacaq. Amma ağzına əmzək verilməyən uşaq kimi bir müddət zarıyıb, sonda barmağını sourmaqla sakitləşəcək. 

Qərblə Rusiya arasında sonra nə proseslərin baş verməsindən asılı olmayaraq, Bakı razılıq verməyənə qədər ATƏT-in Minsk qrupu bir daha dirilməyəcək.

Məntiq isə sadədir: - ATƏT-in Mins Qrupu Qarabağ münaqişəsinin həlli üçün yaradılan bir qurum idi. Artıq Qarabağ münaqişəsi adında bir problem yoxdur. Azərbaycan BMT-nin, ATƏT-in də yerinə bu məsələnin həllini ilahi ədalətin tələb etdiyi şəkildə sonlandırıb. Və “!” 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO