Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı ilə telefonla danışıb.
Bizim.Media xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovla ikitərəfli münasibətlərin geniş spektri, o cümlədən bu il fevralın 22-də iki ölkə arasında ali səviyyədə imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin müddəalarının icrası müzakirə edilib.
Həmçinin, XİN rəhbərləri bir sıra regional və beynəlxalq mövzular üzrə fikir mübadiləsi aparılıblar.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov və Çavuşoğlu Brüssel görüşünü müzakirə etdi
Nazirlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli razılaşmaların bütün müddəalarının icra olunmasının gedişatını, o cümlədən iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın fəaliyyətə başlaması üçün səyləri, habelə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlara şərait yaradılmasını nəzərdən keçiriblər.
Bizim.Media