Qazaxıstanın yeni qərarı nədən xəbər verir? – Azərbaycanın ROLU və QAZANCI

Qazaxıstanın yeni qərarı nədən xəbər verir? – Azərbaycanın ROLU və QAZANCI

Hazırda oxunan: Qazaxıstanın yeni qərarı nədən xəbər verir? – Azərbaycanın ROLU və QAZANCI

68653

Qazaxıstan Baş nazirinin mətbuat xidmətinin yaydığı məlumata görə regiondakı qeyri-stabillik səbəbindən ölkə ərazisindən yük daşımalarının artması Azərbaycan-Gürcüstan marşrutu üzrə TRACECA xətti ilə daşımaların istiqamətləndirilməsi üzrə işlərin aparıldığı qeyd edilib.

“Rusiya tətbiq edilən sanksiyalar fonunda həm Cənubi Qafqaz, həm də Orta Asiya beynəlxalq yükdaşımaları baxımından daha cəlbedicidir”, - deyə mövzunu Bizim.Media üçün şərh edən millət vəkili Vüqar Bayramov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan iqtisadiyyatında 3 faizə yaxın artım gözlənilir - "Fitch"dən yeni PROQNOZ


Belə ki, deputat Azərbaycan üzərindən daşımaların artması potensialının ölkə iqtisadiyyatı və logistikası üçün əhəmiyyətindən danışıb:

“Azərbaycan üzərindən daşımalarda artımın olacağı gözlənilir. Nəzərə alaq ki, Azərbaycanı İran üzərindən Naxçıvanla birləşdirən nəqliyyat dəhlizi reallaşdırılır. Eyni zamanda Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində Brüsseldə keçirilən son görüş danışıqların intensivləşdiyini göstərir. Nəticədə daha çox nəqliyyat dəhlizinin və xətlərinin olması həm də ölkə üzərindən daşımaların artmasına imkan verəcək”.

Millət vəkili qeyd edib ki, bu Azərbaycanın dövlət gəlirlərinin artırılması baxımından da çox vacibdir: 

“Beynəlxalq yük daşımalarından əldə edilən vəsait qeyri-neft sektorunda əsas gəlir sahələrindən biri kimi nəzərdə tutulub. Xüsusilə də, pandemiyadan öncəki il Azərbaycan üzərindən daşınan yüklər qeyri-neft məhsullarının həcmi 65% artıb. Artıq yeni regional və qlobal düzən fonunda digər ölkələrin və Azərbaycanın beynəlxalq yük daşımalarından daha çox gəlir əldə edəcəyi proqnozlaşdırılır”.

Vüqar Bayramov Azərbaycanın Asiya-Avropa xətti üzrə yük daşımalarında rolunun artmasının qazandıracağı siyasi dividendlərdən də söz açıb: 

“Təbii ki, ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaratmaqla yanaşı, bütövlükdə Azərbaycanın geoiqtisadi mövqeyinin daha da güclənməsinə gətirib çıxaracaq. Nəticə etibarılə Brüsseldə olan danışıqlar, kommunikasiyaların bərpası ilə bağlı aparılan müzakirələr, sülh anlaşmasıyla bağlı intensiv danışıqlar ondan xəbər verir ki, Cənubi Qafqazın, xüsusən, Azərbayanın geosiyasi və geoiqtisadi mövqeyi daha da güclənəcək”.
 

Qeyd edək ki, ötən ilin noyabrında İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad sammiti çərçivəsində əladə olunan razılığa əsasən, Türkmənistan-İran-Azərbaycan marşrutu üzrə qaz nəqlinə də start verilməsi razılaşdırılıb.


Bütün bunlar, eyni zamanda regional kommunikasiyaların bərpası istiqamətində görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq yükdaşımaların əsas istiqamətlərindən birinə çevriləcək.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO