ABŞ İmran Xanı niyə cəzalandırdı? – Pakistanlı politoloqla MÜSAHİBƏ

ABŞ İmran Xanı niyə cəzalandırdı? – Pakistanlı politoloqla MÜSAHİBƏ

Hazırda oxunan: ABŞ İmran Xanı niyə cəzalandırdı? – Pakistanlı politoloqla MÜSAHİBƏ

68633

Pakistanlı politoloq Hammad Xan Kakar Pakistan hökumətinin istehfası ilə bağlı Bizim.Media-ya açıqlama verib.

Hər şey İmran Xanın Rusiyaya səfərindən sonra başladı

“Bilirəm ki, Pakistan hökumətinin nə üçün istehfa verməsi azərbaycanlılar üçün çox maraqlıdır. Pakistanda siyasi böhran 24 Fevral 2022-ci ildə Pakistanın baş naziri İmran Xan Rusiyaya səfər etdikdən sonra başladı. Məhz buna görə, Amerika Pakistana müdaxilə etdi və mövcud hökumət istehfa verdi. Zira, İmran xanım yürütdüyü siyasət Pakistanda çox bəyənilir, həmçinin o müsəlman bir ölkənin lideri kimi Azərbaycanda və Türkiyədə  çox sevilir. Bir neçə gün sonra Pakistanda yeni seçkilər keçiriləcək. Mən ümid edirəm ki, İmran Xan yenidən qalib gələcək. 

İmran Xanın növbəti bir neçə il üçün həyata keçirmək istədiyi bəzi layihələri var idi. O, güc əldə edib yenidən Pakistanda hakimiyyətə gələrsə, Pakistan, Əfqanıstan, Tacikistan, İran, Rusiya və Azərbaycanı əhatə edəcək ticarət zonasını yaradacaq. Biz bir-birimizlə Avropa İttifaqı daxilindəki ölkələrin etdiyi kimi ticarət edəcəyik. Həmçinin İmran Xan son vaxtlarda Əfqanıstanla Amerika arasında yaranan gərginlik zamanı yekun sülhün əldə olunmasında həlledici rol oynayıb. Biz ümid edirik ki, o yenidən yüksək səslə seçkilərdə qələbə qazanacaq”.

“Nooldu Paşinyan” ifadəsi Pakistanda çox məşhur idi

- Azərbaycan-Pakistan əlaqələrini indiki müstəvidə necə dəyərləndirisiniz?

- Pakistan-Azərbaycan əlaqələri 1919-cu ildən başlayıb və bu günə kimi davam etməkdədir. Bu bağlar getdikcə daha da möhkəmlənir. Fikrimcə, bunu heç nə dəyişə bilməz. Bizim Azərbaycan xalqı ilə bir çox sahələrdə oxşarlıqlarımız var. Bura oxşar mədəniyyətlərimiz də daxildir. Dini inancımızın da eyni olması bizi yaxınlaşdıran səbəblərdən biridir. Əgər sizə Pakistanın şimalına getsəniz, orada yaşayan insanların azərbaycanlılara və türklərə necə bənzədiyini görəcəksiniz.

- Bəli, biz bunu II Qarabağ Savaşında da hiss etdik...

- Dağlıq Qarabağ məsələsinə gəlincə Pakistandakı bütün insanlar bu barədə məlumatlıdırlar və bütün vaxtlarda Azərbaycanı ehtiramla dəstəkləyirdilər. Əgər siz müharibə vaxtı pakistanlıların tvitter hesablarına baxsaydınız, görərdiniz ki hamı “Qarabağ Azərbaycandır!” yazırdı. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin mühribə müddətində söylədiyi “Nə oldu Paşinyan?” ifadəsi Pakistanda çox məşhur idi. O günlər fəfqaladə idi. Pakistanlılar bütün sahələrdə həmişə Azərbaycanın yanındadırlar.

Tehran, Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO