Beynəlxalq Qızıl Xaç Komitəsinin AYRISEÇKİLİYİ – “Adekvat mövqeyimizi ortaya qoyacağıq” - DEPUTAT

Beynəlxalq Qızıl Xaç Komitəsinin AYRISEÇKİLİYİ – “Adekvat mövqeyimizi ortaya qoyacağıq” - DEPUTAT

Hazırda oxunan: Beynəlxalq Qızıl Xaç Komitəsinin AYRISEÇKİLİYİ – “Adekvat mövqeyimizi ortaya qoyacağıq” - DEPUTAT

68414

Bu günlərdə Fərrux kəndi ərazisində aşkarlanan kütləvi məzarlıqda azərbaycanlı əsirin 18 il sonra üzə çıxan məktubunun Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən zamanında nəzarətə götürülməməsi, əsirə qarşı biganəliyi sözügedən qurumun fəaliyyəti ilə bağlı tənqidlərə yol açıb.

Əslində Azərbaycanın beynəlxalq təşkilatlardan hər zaman laqeydlik görmsi reallıqdır. Ayrıca olaraq isə Beynəlxaql Qızıl Xaç Komitəsi Ermənistandan fərqli olaraq Azərbaycanla bağlı fəaliyyətində dəfələrlə ayrı-seçkilik etməklə yadda qalıb.

Halbuki söhbət kimliyindən, dinindən, irqindən asılı olmayaraq insan taleyindən və əsirin hüquqlarının müdafisindən gedirsə, burada obyektivlik əsas götürülməlidir. Təssüf ki, Qızıl Xaç Komitəsi illərdir ki, məhz Azərbaycan əsirlərinə münasibətdə obyektivlikdən kənar fəaliyyətilə seçilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Qızıl Xaç məktubu yayılan əsir BARƏDƏ: "Təşkilatın saxlanılan şəxsi azad etmək hüququ yoxdur"


Beynəlxalq qanunlara görə əsirlərin taleyi ilə bağlı missiyanı Beynəlxalq Qızıl Xaç Komitəsi həyata keçirməlidir. 

Yaxın keçmişə qayıtsaq, elə bu ilin yanvarında Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndələrinin Bakıda olan erməni əsirlərlə görüşməsi, onların səhhətləri ilə maraqlanmasını nümunə gətirmək olar. 

Maraqlıdır ki, Komitə bu günə qədər Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən 4000 Azərbaycan vətəndaşının taleyi ilə maraqlanmadığı halda, Bakıda olan erməni əsirlərə qarşı “canfəşanlıq” edir. Üstəlik Beynəlxalq Qızıl Xaç komitəsi birinci dəfə deyil ki, Azərbaycanda olan erməni əsirlərlə görüşür. Hətta onların ailələri ilə mütəmadi olaraq əlaqəyə girir, əsirlərlə bağlı məlumat verir. Azərbaycanlı əsirlərə münasibətdə isə təşkilatın hər hansı nümunəvi addımı gözə dəyməyib.

Elə Quba rayonundan olan hərbi qulluqçu Novruzov Laçın Əhməd oğlunun 1994-cü ildə əsirlikdə olarkən Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə evlərinə göndərdiyi məktuba biganəliyi  kimi....

18 il sonra ortaya çıxan məktubda Laçın Novruzov həmin vaxt sağ olduğunu, Ermənistanın Edili kəndində saxlanıldığını yazıb və ailəsindən onu əsirlikdən qurtarmasına kömək göstərmələrini istəyib.

Ürəkdağlayıcı ifadələrə və əsirin harayına biganəlik nümayiş etdirən Qızıl Xaç Komitəsinin səssiz qalması, vaxtında hərəkətlənməməsi, əsirin yerinin dəyişdirilməsi üçün heç bir çaba göstərilməməsi, həmin əsirin işgəncə ilə öldürülməsi təşkilatın Azərbaycana qarşı növbəti ayrıseçkiliyinin bariz nümunəsi kimi qiymətləndirilib. 

Bəs, niyə ayrıseçkilik? 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev Qızıl Xaç Komitəsinin fəaliyyətini belə dəyərləndirib:

“Qızıl Xaç Komitəsi elə metod seçib işləyir ki, tərəflər onu qəbul etsinlər. Müharibə tərəflərindən heç birinə simpatiyasını nümayiş etdirmir və etdirməməlidir. Onların fəlsəfəsi belədir. Amma onların vəzifəsi əsirlərlə bağlı məlumata malik olmaq, onların çıxarılmasına yardım etmək və məktublarını aparmaq, eləcə də bu məsələləri qüsursuz yerinə yetirməkdir. Bütün dünyada bu işi Qızıl Xaç Komitəsində yaxşı görən yoxdur.

Ona görə ki, bu təşkilatı bütün dünya qəbul edib və beynəlxalq qanunlarda öz təsbitini tapıb. Azərbaycanlı əsirlərlə bağlı, onların öhdəliklərinin yerinə yetirilməsində problem yaşanıbsa, yaxud orada standartlardan kənar nələrsə baş veribsə, bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi öz fikirlərini onlara çatdırmalıdır”.
Deputatın sözlərinə görə Azərbaycan hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında münasibətlər yaxşıdır:

“Azərbaycan ilk dəfə bu təşkilata Qarabağ ərazisində maliyyəsiz işləmək üçün şərait yaratdı. Bu gün də yaratmaqdadır. Təbii ki, Qızıl Xaçdan da bizim əsirlərimizə eyni münasibəti gözləməkdə haqqımız var. Laqeydlik də deməzdim.

Sadəcə olaraq bu təşkilat bəyanatlar, açıqlamalar vermir ona görə ki, ölkələrdən birində işləməklə bağlı problem əldə edəcəyindən narahat olur. Sanki müharibəni və insan iztirabını görmür, emosiyyası ilə hərəkət etməyə üstünlük vermir. Çünki onları bu şəkildə tərbiyə edib, işə götürürlər.

Hətta soyqırım və ya kütləvi qırğın olarsa, orada da onlar öz münasibətlərini hiss etdirməyəcəklər. Onların missiyası sağ qalanların və öldürülənlərin şəxsiyyətini müəyyən edib tərəflərə bildirməkdir. Əsir götürülənlər barədə məlumata malik olmaq və onların hüquqlarını qorumaqdır.
Heç kimə məlumat vermədən işlərini görürlər. Amma işlərini nə dərəcədə görürlər və ya görmürlər, bunun monitorinqini biz aparmırıq. Hər halda bütün dünya bu təşkilata böyük pullar ayırır. Biz də iananaq ki, onlar Azərbayacana qarşı da heç bir ayrı-seçkilik etmirlər. Belə bir məsələlər sezilərsə, təbii ki, adekvat münasibətimizi ortaya qoyacağıq”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO