Brüssel görüşü öncəsi İrəvan MİTİNQİ – Paşinyan hansı kələyi qurub?

Brüssel görüşü öncəsi İrəvan MİTİNQİ – Paşinyan hansı kələyi qurub?

Hazırda oxunan: Brüssel görüşü öncəsi İrəvan MİTİNQİ – Paşinyan hansı kələyi qurub?

68270

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında bu gün olacaq görüşdən bir gün əvvəl erməni müxalifətinin paytaxt İrəvanda etiraz aksiyası keçirilib. Aksiyanı müxalif “Ermənistan” və “Mənim şərəfim var” blokları təşkil edib. Aksiyada Paşinyanın istefası tələb edilib.

Brüssel görüşü ərəfəsi İrəvanda olan bu mitinqin əsas məqsədi nədir? 

Sözügedən aksiyanın həftənin ikinci günü keçirilməsi ondan xəbər verir ki, mitinq Bakı ilə İrəvanın Brüssel görüşünə etirazdan qaynaqlanır. Adətən, mitinqlər üçün həftəsonu seçilirdi. İndi isə bilərəkdən Brüssel görüşündən bir gün əvvələ, həftəiçinə salınıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün İlham Əliyevlə Nikol Paşinyan arasında görüş baş tutacaq - Brüsseldə


Bu isə ondan xəbər verir ki, aksiyanın mərkəzində Brüssel görüşünə etiraz məsələsi dayanır. Belə ki, bəzi ekspertlərin fikrincə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiiyilə reallaşacaq həmin görüşdə Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi üçün bir sıra addımların atılması gözlənilə bilər.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun mətbuata verdiyi açıqlamasına görə bu addımlar əsasən dörd hissədən ibarətdir.

Sülhün əldə edilməsi, Zəngəzur dəhlizi də daxil kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası və nəhayət qanunsuz erməni silahlı dəstələrinin Qarabağdan çıxarılması.

Xüsusən də məhz bu sonuncu hissə İrəvanı qane etmir. Brüssel görüşündən təxminən bir həftə əvvəl Paşinyan özü həmin silahlı tör-tüküntülərə işarə edərək bəyan etmişdi ki, erməni ordusu harda lazımdır, orada da qalacaq. Bununla o, həmin qanunsuz silahlı dəstələrlə bağlı Bakının qanuni və haqlı tələbinə qarşı çıxdığını ortaya qoyur. 

Bu fonda aydın şəkildə sezilir ki, İrəvanda keçirilən aksiyanı müxalifət təşkil etsə də, onun baş tutmasında Paşinyan iqtidarı opponentlərindən daha çox maraqlıdır. Birmənalı şəkildə, həmin mitinq Ermənistan iqtidarının qurduğu oyundur. 

Bununla, Paşinyan xalqın təzyiqini bəhanə etməklə Brüssel görüşündə ehtimal olunan razılaşmalara qol çəkə bilməyəcəyini sübut etmək istəyir. 

Belədə isə, o vaxt udmağı düşünür ki, İrəvanı qane etməyən bəzi maddələr baş verəcəyi ehtimal edilən razılaşmada öz əksini tapmasın.
 

Vaxt udmaqla da Paşinyan həm ölkə daxilində, həm də xaricdə özünün dəyərini artırmaq niyyətindədir.



Daxildə bu əsasda xalqın razı olmadığı razılaşmaya getməyəcəyi ilyuziyasını, Qərb dairələrində isə razılaşmağa getdiyi təqdirdə onun devrilərək, rusiyameylli müxalifətin yenidən hakimiyyəti zəbt edə biləcəyi versiyasını formalaşdırmağa çalışır. Bu məqamlar göstərir ki, aprelin 5-də mitinqin baş tutmasında əsas maraqlı olan qüvvə məhz Paşinyan və onun komandası olub.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO