Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, Fərmanla 2022-ci il martın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” təsdiq edilir.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görəcək.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərəcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:22 / 05.04.2022
Prezident Azərbaycanla İran arasında Şərqi Zəngəzurla bağlı memorandumu TƏSDİQLƏDİ
Hazırda oxunan: Prezident Azərbaycanla İran arasında Şərqi Zəngəzurla bağlı memorandumu TƏSDİQLƏDİ
Hazırda oxunan: Prezident Azərbaycanla İran arasında Şərqi Zəngəzurla bağlı memorandumu TƏSDİQLƏDİ
68136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.