Prezident bu gün təməli qoyulacaq İtaliya-Azərbaycan Universitetindən danışdı

Prezident bu gün təməli qoyulacaq İtaliya-Azərbaycan Universitetindən danışdı

Hazırda oxunan: Prezident bu gün təməli qoyulacaq İtaliya-Azərbaycan Universitetindən danışdı

67635

"Bu gün çox mühüm hadisə - İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi olacaq". 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 2-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır" – İlham Əliyev 


"Yer artıq seçilib, hər şey hazırdır. Əminəm ki, bu, Azərbaycanda ən yaxşı universitetlərdən biri olacaq və beş italyan universiteti bu layihənin tərəfdaşı qismində çıxış edir. Həmçinin italyan şirkətlərinin azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində fəal iştirakı bizi sevindirir. Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir. Elektrik enerjisi sektorunda işlər gedir", - dövlət başçısı bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO