“Azərbaycan İtaliya üçün neft məhsullarının 1 nömrəli təchizatçısı olub” – XİN başçısı 

“Azərbaycan İtaliya üçün neft məhsullarının 1 nömrəli təchizatçısı olub” – XİN başçısı 

Hazırda oxunan: “Azərbaycan İtaliya üçün neft məhsullarının 1 nömrəli təchizatçısı olub” – XİN başçısı 

67632

“Bu gün apardığımız müzakirələr zamanı münasibətlərimizin müxtəlif aspektlərini müzakirə etdik”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2021-ci ilin yekununa dair məlumata əsasən, Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 10 milyard ABŞ dolları həcminə çatıb:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və İtaliya arasında Strateji Dialoqun birinci iclası keçirilir


“İqtisadi sahədə danışarkən enerji əməkdaşlığı bu formatın ən geniş hissəsini təşkil edir. Uzun illər ərzində Azərbaycan İtaliya üçün neft və neft məhsullarının 1 nömrəli təchizatçısı olub. “Trans-Adriatik” boru kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan qazının Avropa məkanına, ilk olaraq İtaliyaya çatması mümkün olub.

TAP layihəsinin həyata keçirilməsi ilə Azərbaycanın enerji sahəsində rolu artdı. Hörmətli həmkarıma Azərbaycandakı alternativ enerji mənbələri ilə bağlı istiqamətlərdə də birgə əməkdaşlığın həyata keçirilməsi imkanları barədə də məlumat verdim”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO