Brüssel görüşündə hansı irəliləyiş ola bilər? - Sahib Alıyevin ŞƏRHİ

Brüssel görüşündə hansı irəliləyiş ola bilər? - Sahib Alıyevin ŞƏRHİ

Hazırda oxunan: Brüssel görüşündə hansı irəliləyiş ola bilər? - Sahib Alıyevin ŞƏRHİ

67368

“Aprelin 6-da keçiriləcək görüş, hesab edirəm ki, ötən il dekabrın 14-də keçirilən görüşdən daha məhsuldar olmalıdır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Sahib Alıyev Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında aprelin 6-da Brüsseldə baş tutacaq görüşü şərh edərkən deyib.

Deputat bu cür nikbin proqnozun verilməsini iki mühüm səbəblə izah edib:

1. Azərbaycan və Ermənistan rəhbərlərinin özəl təmsilçiləri Brüsseldə görüşərək, yüksək səviyyədə aparılacaq danışıqların gündəliyini dəqiqləşdiriblər.

2. Ukraynada baş verənlərlə bağlı yeni geosiyasi reallıq formalaşır və bu reallıqda Ermənistan rəhbərliyinin nisbətən sərbəst hərəkət etmək şansı yaranır. 

Sahib Alıyev ötən ilin dekabrında Brüsseldə baş tutan görüşlə bağlı da fikirlərini bölüşərək, sonrakı dövrdə baş verən yeniliklərin Azərbaycanın masada əlini daha da gücləndirdiyini vurğulayıb:

“Dekabrın 14-də keçirilən görüşdə həm kommunikasiyaların açılması, həm sərhələrin dəqiqləşdirilməsi, həm də itkin düşmüş şəxslərlə, o cümlədən Birinci Qarabağ savaşında itkin düşmüş 4 min azərbaycanlı ilə bağlı razılaşmalar vardı. Təəssüf ki, bu razılaşmalardan heç biri yerinə yetirilmədi və qarşı tərəfin burada sərbəst hərəkət edə bilməməsi də az rol oynamadı. İndiki halda Azərbaycan İranla razılığa gələrək, məhz bu ölkədən keçməklə Naxçıvana kommunikasiya bağlantısı yaratmaq niyyətindədir. Bununla bağlı memorandum var. Ona görə də, Azərbaycan bu danışıqlara daha güclü mövqe ilə gedir. Yəni son zamanlar həm bizim regionda, həm də bütövlükdə Avrasiyada baş verənlər danışıqlar masasında Azərbaycanın mövqelərini daha da gücləndirir və qarşı tərəfin konstruktivliyə meylliliyi və yaxud da özünü belə göstərməsi də buradan qaynaqlanır.

Millət vəkili qeyd edib ki, Azərbaycanın irəli sürdüyü 5 prinsipdən ilkinin həllinə nail olmaq sülh prosesinə mühüm töhfə verə bilər:

“Cənab Prezidentin ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdə söylədikləri fikirlər də ondan xəbər verir ki, Ermənistan tərəfi Azərbəycanın irəli sürdüyü 5 prinsipə olumlu yanaşır. Qazaxıstanda MDB ölkələri parlament sədrlərinin toplantısında da Milli Məclisin spikeri Sahibə Qafarovanın 5 təklifi xatırlatmasına Ermənistanın parlament sədri də prisipcə hazır olduqlarını, lakin əlavələrinin olduğunu qeyd edib. Bilmirəm, əlavə deyəndə onlar nəyi nəzərdə tuturlar, lakin sülh danışıqları 5 təklifdən birincisində öz əksini tapdığı kimi, ilk növbədə bir-birinin torpaq bütünlüyünü tanımaqdan keçir. Ermənistan buna dəqiq və konkret şəkildə hazır olduğunu bildirəcəksə, onda digər problemlər müəyyən vaxt çərçivəsində həllini tapacaq”.

Bu görüşün digərlərindən daha məhsuldar bitməsi ilə bağlı müəyyən gözləntilərin böyük olduğunu bildirən Sahib Alıyev görüşün formatını Azərbaycanın diqtə etdiyini qeyd edib:

“Əsas da budur ki, görüşdə gündəliyi Azərbaycan müəyyən edib və əslində formatı da Azərbaycan diqtə edib. Xatırladaq ki, İlham Əliyev problemlərin aradan qaldırılması üçün ikitərəfli görüşlərin keçirilməsinin vacibliyini qeyd etmişdi. Brüsseldə baş tutacaq müzakirələr də Şarl Mişelin təşkilatçılığı ilə keçirilsə də, ikitərəfli görüş olacaq”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO