Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 2022-ci il aprelin 6-da görüş keçiriləcək.
Görüş barədə ətraflı məlumatı Bizim.Media-ya açıqlamasında Avropa İttifaqı Şurasının mətbuat katibi Magda Bukovska verib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev, Şarl Mişel və Paşinyanın üçtərəfli görüşü keçiriləcək
“Avropa İttifaqı Şurasının prezidenti Mişel aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edəcək.
Liderlər son görüşlərindən bəri baş verənləri qiymətləndirəcək və əlaqə məsələlərinə xüsusi diqqət yetirməklə regionda yaşayan bütün insanların rifahı üçün təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının gələcək yollarını müzakirə edəcəklər”, - deyə qeyd edib.
Tehran, Bizim.Media