İlham Əliyev, Şarl Mişel və Paşinyanın üçtərəfli görüşü keçiriləcək

İlham Əliyev, Şarl Mişel və Paşinyanın üçtərəfli görüşü keçiriləcək

Hazırda oxunan: İlham Əliyev, Şarl Mişel və Paşinyanın üçtərəfli görüşü keçiriləcək

67203

Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirəcək.

Bizim.Media xəbər verir ki, Aİ Şurasının saytında görüşün aprelin 6-da keçiriləcəyi açıqlanıb.

Ehtimal edilir ki, liderlər Qarabağla bağlı üçtərəfli bəyanatların icrası, son vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, bu gün Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib.

Avropa İttifaqı tərəfindən təşkil edilən görüş hər iki ölkə arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək üçün təşkil edilib.
Görüşdə aprelin 6-da Brüsseldə keçiriləcək üçtərəfli görüşə hazırlıqla bağlı da müzakirələr aparılıb.

Qeyd edək ki, bugünkü görüşdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO