''SOCAR niyə vergidən azad edilir?'' - Deputat etiraz etdi

''SOCAR niyə vergidən azad edilir?'' - Deputat etiraz etdi

Hazırda oxunan: ''SOCAR niyə vergidən azad edilir?'' - Deputat etiraz etdi

6659

“Dünyanın hər yerində neft şirkətləri ən çox gəlirlə işləyən şirkətlərdir. Necə olur ki, kiçik şirkətlərə ƏDV tətbiq olunur, amma Dövlət Neft Şirkəti bundan azaddır”.

Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

“Bunu doğru saymıram”, - deyən deputat bildirib ki, şirkətlər üçün bərabər imkanlar yaradılmalıdır:

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili cavabında deyib ki, iqtisadiyyatda rəqəmə görə güzəştlərin tətbiqi çox geniş yayılıb. 

“Burada əsas məqsəd daha çox iri formada investisiyanın cəlb edilməsinə şərait yaratmaqdır. Bunu tətbiq etməsək, onda ölkədə keyfiyyətli neft məhsullarının emalı şirkətlərindən söhbət gedə bilməz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO