GUAM-a üzv ölkələrin Xarici İşlər nazirlərinin iclasında gömrük orqanları arasında pandemiyanın yaratdığı çətinliklər baxımından vacib olan fəal və uğurlu əməkdaşlıq məslələri müzakirə edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Gürcüstan Xarici İçlər Nazirliyi məlumat yayıb.
Gürcüstanın XİN başçısı David Zalkaliani bildirib ki, iclasda təşkilatın əsas tərəfdaş ölkələri ilə GUAM+ formatının əməkdaşlığı müsbət qiymətləndirilib.
Digər ölkələrlə əlaqələrin perspektivləri də gündəmə gətiriblər.
“Görüş zamanı yeni tərəfdaşlar kontekstində İsraillə əməkdaşlıq qurmaq ehtimalı xüsusilə qeyd edilib”, - deyə Gürcüstan XİN-in açıqlamasında bildirilib.
Sonda təşkilati məsələlərə dair qərarlar və onlayn iclasın protokolu imzalanıb.
Bizim.Media