İsrailin körfəz sularında görünməsi müharibə təhlükəsini artırıb

İsrailin körfəz sularında görünməsi müharibə təhlükəsini artırıb

Hazırda oxunan: İsrailin körfəz sularında görünməsi müharibə təhlükəsini artırıb

6510

İran körfəzində son həftə ərzində gərginlik pik həddə yüksəlib. ABŞ və İsrail donanması bölgədəki hərbi varlığını artırmaq istiqamətində fəaliyyətə başlayıb.

Bu həftə ərzində ABŞ donanmasından verilən açıqlamada nüvə silahı daşıma potensialına malik olan USS Georgia sualtıqayığı ilə yanaşı USS Port Royal və USS Philippine Sea raket daşıyıcı hərbi gəmilərinin İran körfəzinə daxil olması haqqında məlumat verilib. ABŞ donanması hərbi gəmilərin Səudiyyə Ərəbistanı ilə İran körfəzində ortaq təlimlər üçün göndərildiyini qeyd edib.

Bizim.Media xarici media orqanlarına istinadən məlumat verir ki, gərginliyi ən son həddə çatması İsrail donanmasının da bu sularda görünməsindən sonra baş verib.

İsrail donanmasına məxsus sualtı qayığın da bölgəyə daxil olması təlimlərlə bağlı şübhələri daha da artırıb. İsrail rəsmiləri hərbi gəmilərin körfəzə daxil olması ilə bağlı hər hansı rəsmi açıqlamaya yer verməyib. İsrail donanmasına yaxın mənbələrin verdiyi məlumata görə isə İran körfəsinzdə İsrail gəmilərinin daxil olması İrana mesaj xarakteri daşıyır.

Xatırladaq ki, 27 noyabrda İranın aparıcı nüvə mütəxəsisi Mohsen Faxrizadənin öldürülməsindən sonra İran İsraili günahlandırmış və hücuma qarşı cavab verəcəyini bildirmişdi. Analitiklərin fikrincə, İranın Faxrizadənin ölümünə verəcəyi cavab 2020-ci ilin əvvəlində qətlə yetirilmiş Qasım Süleymani hadisəsi ilə oxşarlıq təşkil edəcək.

Bu dəfə də İran İraq və Yəməndəki təsir gücündən istifadə etməklə ABŞ və İsrail maraqlarına zərbə vurmağı hədəfləyəcək. İsrail gəmilərinin İran körfəzinə daxil olması isə İrana qarşı xəbərdarlıq, həm də İranın İraq və Yəməndə planlaşdırdığı hücumlara qarşı adekvat tədbir kimi qiymətləndirilə bilər.

Həm ABŞ, həm də İsrail donanmasına məxsus sualtı qayıqlar uzaq məsəfədəki hədəfləri məhv etməkdə effektiv hesab olunan “Tomahavk” idarə olunan rakteləri ilə təchiz olunub. Bu raketlər çox asanlıqla İranın nüvə obyaktlərinin sıradan çıxarılması üçün istifadə edilə bilər. Analitiklər bölgədə total hərbi qarşıdurmadan daha çox strateji zərbələrin müşahidə olunacağını qeyd edirlər. İsrail və ABŞ-ın hədəfində İranın nüvə potensialının və imkanlarının sıradan çıxarılması məsələsi yer alır. Körfəzdə idarə olunan raktelərlə təchiz olunan sualtı qayıqlarının varlığı isə İranın hər hansı hücum gerçəkləşdirdiyi təqdirdə nüvə obyektlərinin hədəf alınacağının siqnallarını verir.

Ötən gün İraqın paytaxtı Bağdad şəhərində ABŞ səfirliyinə və Amerikan ordusunun nəzarətində olan “Yaşıl bölgə”-yə hücumlar təşkil olunmuşdu. Hücumların əsas təşkilatçıları isə İrana bağlılıqları ilə seçilən İraqdakı şiə milis qrupların olduğu bildirilir. Digər tərəfdən İran 25 dekabrdan etibarən etibarən mühüm nüvə stansiyalarının ətrafında hava hücumundan müdafiə qurğuları yerləşdirib. İran bu addımın baş verəcək hər hansı hücum ehtimalına qarşı önləyici tədbir olduğu qeyd edir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO