Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, ölkəmizdə xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır. Əgər istəsək, biz bu borcu bir gün ərzində sıfırlaya bilərik.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 15-də Gülüstan sarayında Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etdi - FOTO/VİDEO
Onun sözlərinə görə, xarici bazarlar bizim hüdudlarımızın kənarındadır və Avropadadır:
“Yenə də deyirəm, böyük tələbat var. Daxili tələbat artmaqdadır. Müstəqillik dövründə Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıbdır. Yəni, bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, sənaye və iqtisadiyyatımız artır.
Bu ilin iki ayında ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artmışdır.
Bütün bunlar postpandemiya dövründə əldə edilmiş nailiyyətlərdir və onu göstərir ki, Azərbaycanda aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır. Əlavə etsəm ki, Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, ölkəmizdə xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır. Əgər istəsək, biz bu borcu bir gün ərzində sıfırlaya bilərik”.
Bizim.Media