Tomas Qoltzdan Bizim.Media üçün ÖZƏL: “Mən risk etdim yaşadım, o isə öldü”

Tomas Qoltzdan Bizim.Media üçün ÖZƏL: “Mən risk etdim yaşadım, o isə öldü”

Hazırda oxunan: Tomas Qoltzdan Bizim.Media üçün ÖZƏL: “Mən risk etdim yaşadım, o isə öldü”

64754

“Ukraynada öldürülən jurnalist həmkarıma baxdıqda, öz gəncliyimi xatırladım”.

Amerikalı məşhur jurnalist, yazar Tomas Qoltz Bizim.Media-ya açıqlaması zamanı belə deyib.

O, bildirib ki, müharibə amansız hadisədir və orada ölümdən heç kim sığortalanmayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Amerikalı akademik: ''Baydenin hərəkəti utancvericidir''


“Bir çox müharibələrdə iştirak etmişəm. Əlbəttə indi Ukraynada olmaq istərdim. Lakin dərk edirəm ki, indi mən orada heç kimə lazım olmayan faydasız bir yükəm. Çünki köməyə ehtiyacı olan, sizin dillə desək yarışikəst bir ağsaqqalam.

Ukraynada müharibədə öldürülən həmkarım Brent Renaud-a gəlincə, mən ona baxanda gəncliyimi xatırladım. Biz hər ikimiz risk edib müharibə zamanı öz həyatımızı təhlükəyə atdıq. Fərqimiz sadəcə budur ki mən yaşayıram, o isə öldü”.

Xatırladaq ki, Tomas Qoltz Birinci Qarabağ müharibəsində iştirak edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırıb.

Hətta o zaman Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qəbul edilərək haqq səsimizi dünyaya çatdırdığı üçün mükafatlandırılıb da. Erməni yalanlarını ifşa etdiyinə görə isə Tomas Qoltz, Ermənistanda arzu olunmayan şəxslər siyahısına salınıb və Ermənistana girişinə qadağa qoyulub.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO