ABŞ Ukraynada müharibəyə necə hazırlıq görürdü? - Gizlin MƏQAMLAR

ABŞ Ukraynada müharibəyə necə hazırlıq görürdü? - Gizlin MƏQAMLAR

Hazırda oxunan: ABŞ Ukraynada müharibəyə necə hazırlıq görürdü? - Gizlin MƏQAMLAR

64305

Hələ fevral ayının əvvəllərində, aktual Rusiya-Ukrayna krizisindən çox əvvəl, Rusiyanın Ukraynaya ehtimal olunan işğal təhlükəsinə qarşı ABŞ-ın Ukraynanı potensial müharibəyə hazırlıq etməyə kömək etməsi gizli sənədlərdə ortaya çıxmışdı.

Bu yardım aksiyalarının altında yatan əsaslı səbəbləri yalnız Qərbin Rusiyaya qarşı olan duyduğu qıcıq hissi ilə məhdudlaşdırmaq olmaz.

Digər tərəfdən artıq ABŞ və Avropa Rusiyadan enerji resursları almağı dayandırmağa başlayıb.

Xatırladaq ki, ABŞ-a məxsus məlumat təminatçısı Bloomberg fevral ayında “ABŞ-ın LNG ixracı yanvar ayında rekord səviyyəyə çataraq 7,3 milyon tona çatıb və dekabrdan bu yana ikinci dəfə Yaxın Şərqin güc mərkəzi Qətərdən 1-ci yeri tutub. Rusiya ilə Ukrayna arasındakı gərginlik səbəbiylə qışda aşağı ehtiyatlarla və yüksək təbii qaz qiymətləri ilə üzləşən Avropa, keçən ay ABŞ yükləri üçün əsas istiqamət olub”, - deyə xəbər yayıb.

Böyük planın bir parçası: Müharibə, “Şimal Axın-2” qaz boru kəməri layihəsinin dayandırılması…

Bizim.Media-a danışan politoloq Cümşüd Nuriyev ABŞ-ın zərbə taktikasından danışıb:

“ABŞ “qurdu quzuya göstərmək” taktikası ilə Avropaya bir daha göstərdi ki, mən olmasam, Rusiya sizi Ukraynanın vəziyyətinə sala bilər. Beləliklə, ABŞ Avropanın müdafiə xərclərini 1,5% artıraraq öz Ümumi Daxili Məhsulunu 2%-ə qaldırdı”.

Politoloq Almaniyanı misal çəkərək, onun müdafiə gücünü artırmaq üçün 47 milyard avro ayırdığını və bu xərcin artıq 100 milyarda çatdığını bildirib:

“Yəni ABŞ-ın yeni silah satmaq üçün bazarı yarandı. Bilirsiniz ki, dünya ticarətinin iki əsas inhisarçı mövqeyi: ABŞ dünya ticarətinin 16%-inə nəzarət edirdisə, Avropa İttifaqı ölkələri birlikdə 33%-ini keçib. ABŞ bu bazarı əldə etmək üzərədir”.

Cümşüd Nuriyev məsələnin ikinci tərəfin də açıb:

“ABŞ-ın Rusiyaya qarşı qoyduğu sanksiyalarda nə var ki? Rusiyanın ABŞ-da olan 867 milyard vəsaiti donduruldu. Bu rəqəm ABŞ-ın Ukraynaya yardım üçün ayırdığı vəsaitdən 100 dəfə çoxdur. Üçüncüsü isə ABŞ yeni bir oyunçu dəvət etməklə, ağırlıq mərkəzi yaratmaqla, Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə Çini Rusiya ilə üz-üzə qoymağa çalışacaq”.

Politoloq Bjezinskinin “Şahmat taxtası”-ı kitabına istinad edib:

“Bu əsərdə çox maraqlı bir gediş var. Qeyd edilir ki, biz Rusiyanı sökdürmək üçün üç dövlətdən istifadə etməliyik. Ukrayna, Azərbaycan, Özbəkistan.”

O həmçinin ABŞ və Avropaya qarşı üsyanını da dilə gətirib:

“Azərbaycanın bir hissəsi nə qədər vaxtdır işğal altında idi, daha sonra müharibə başladı. Harada idi o demokratik Avropa? Harada idi o demokratik ABŞ? Olmadılar bizim yanımızda.. İndi Ukraynanın ona görə yanındadır ki, Avropanın göbəyində yerləşən böyük bir dövlət olan Ukraynanı Rusiya ilə qarşı-qarşı qoyublar”.

Cümşüd Nuriyev bildirir ki, dünya Rusiyaya “dur” deməyi istəmədi:

“Avropa İttifaqı da problemi gec başa düşdü və indi Rusiya ilə üz-üzə gəlmək istəmir. Bir növ ayını yaraladılar və onun iştahını artırdılar”

Politoloq proqnoz edir ki, Rusiya yeni qurban axtarır:

“Belə görünür ki, iki həftə ərzində Rusiya Kiyev, eləcə də Odessanı da işğal edərək müharibəni bitirəcək. Çünki Rusiyanın başqa çıxış yolu yoxdur”.

Cümşüd Nuriyev son olaraq qeyd edir ki, ABŞ-ın mayeləşdirmiş təbii qaz ixracatı siyasətini yürütməsi artıq bir ehtimal deyil.

“Bu planlaşdırılmış bir siyasi aksiya idi. Anqlo-sakslar bu siyasəti uğurla həyata keçirdi”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO