Rəsmi Moskvanın “Rusiyanın dostu olmayan ölkələr” siyahısında əsasən Avropa ölkələri yer alıb və maraqlıdır ki, onlar son 20-30 ildə Rusiyanın əsas ticarət tərəfdaşları olublar.
Rusiya iqtisadi aspektdən çox “qərbləşmiş” ölkədir. Və indiki vəziyyətdə məlum sanksiyalar səbəbindən ticarət və digər maraqlar zonası şərqə doğru hərəkət edəcək. Şərqdə “dost olmayan ölkələr” də var, lakin qərbdən şərqə keçid ilk növbədə Çinə təsir edəcək. Çin bazarı, Rusiyanın neftinə, qazına və meşə ehtiyatlarına ehtiyacı olan böyük satış bazarıdır.
Bizim.Media xəbər verir ki, bu fikirlər “Kitayskaya uqroza” teleqram kanalının apardığı Rusiya böhranının benefisiarları adlı təhlildə qeyd olunub.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna ordusu Rusiyanın bütün istiqamətlərdə hücumunu dayandırır - Baş Qərargah
Həmin təhlili təqdim edirik:
Çin
Çin artıq Rusiyanın kənd təsərrüfatı məhsullarının bütün əyalətlərə satışına icazə verməklə Rusiya üçün yeni iqtisadi imkanlar açır. Qeyd edək ki, əvvəllər yalnız bir neçə əyalətin belə imkanı var idi. Amma necə deyərlər, Çinin dostu yoxdur, yalnız maraqları var. Çin artıq bir sıra məsələlərdə qeyri-müəyyən mövqelər tutmağa başlayıb:
1) Aparıcı texnoloji şirkətlər Rusiyaya mobil telefon və kompüterlərin ixracını iki dəfə azaltmaq qərarına gəliblər.
2) Çin aviasiya sənayemiz üçün təyyarə hissələrini tədarük etməkdən imtina etdi.
3) Bir çox Çin bankları neft və qaz alışı üzrə beynəlxalq əməliyyatlarda vasitəçi olmaqdan imtina edirlər.
Bir iş ortağı üzərində konsentrasiyanın artması halında, Rusiya aktivlərini çox ucuz qiymətə satmaq riski ilə üzləşir ki, bu, Çin üçün göydəndüşmə fürsətdir. Bu cür vəziyyət Çin üçün yüksək tələbatlı mallar istehsal edən bir ölkəyə sərfəli investisiyadır.
O zaman Çin bu malları sərfəli qiymətlərlə alacaq. Xüsusən də direktorlar və səhmdarlar şurasında Avropa və Amerika şirkətlərinin yerini çinlilər tutacaqsa bu ssenari qaçılmazdır. Əgər Çin şirkətlərinin Rusiyanın enerji resurslarını çox ucuz qiymətə almaq imkanları olsa, onlar oyunu bazarın qaydalarına görə oynamayacaqlar.
Aydındır ki, hal-hazırda dünya bazarlarında 90 dollara təşkil olunan Rusiyanın “Ural” nefti heç bir halda Çinə 10 dollara satılmayacaq. Lakin Çin üçün Rusiyanın böyük endirimlər etməsi də gözləniləndir.
Müxtəlif hesablamalara görə, 2021-ci ildə Rusiya ilə Avropa arasında ticarət dövriyyəsi 240 milyard dollar təşkil edib.
Rusiya Avropanın ən yaxşı 5 biznes tərəfdaşı sırasındadır. Rusiya Federasiyasına idxalın təxminən 40-50 faizi Avropadan olub. Əgər yaxın bir-iki ildə Avropa ilə ticarət sıfıra enməsə, onun böyük hissəsi Çinə yönələcək. Rusiya şərq qonşuları hesabına ABŞ və Avropa ilə əlaqələrin kəsilməsi nəticəsində itirilən istehlak mallarına - qadcetlərə, kompüterlərə və məişət texnikasına, mikroprosessorlara, avtomobillərə, ərzaq məhsullarına, geyimlərə, çıxış imkanı əldə edəcək.
Venesuela və İran
Yeri gəlmişkən, Rusiya Federasiyası ilə iqtisadi müharibədən İran və Venesuela da faydalana bilər. Artıq ABŞ-da Rusiya enerji daşıyıcılarının dünya bazarındakı payının dəyişdirilməsi şərti ilə bu ölkələrə qarşı tətbiq edilən sanksiyaların ləğv oluna biləcəyi barədə söhbətlər başlayıb. Lakin bu variantla bağlı problem ondan ibarətdir ki, sanksiyalar altında olan illər ərzində onların enerji istehsalı və nəqliyyat infrastrukturu xeyli dərəcədə deqradasiyaya uğrayıb.
Onlar Rusiya neftini və qazını dərhal əvəz edə bilməyəcəklər, çünki:
1. Yataqlar artan təzyiqə hazır deyil;
2. Təchizat əlaqələri olmadığı üçün, onları yaratmaq və tənzimləmək lazımdır. Bu, vaxt və pul tələb edir və sözügedən ölkələrin maliyyə sıxıntıları mövcuddur.
Türkiyə və...
Mövcud vəziyyətdən qeyri-iradi olaraq bir sıra postsovet ölkələrinə, o cümlədən Türkiyəyə də fayda payı düşəcək. Postsovet məkanında Şərq ölkələrinin bir qədər risqi olsa da Türkiyə uzun müddətdir ki, qərbdəkilərin təzyiqinə məruz qalan bir ölkə kimi bundan bumeranq kimi istifadə edə bilər.
Həm də yaranmış vəziyyətə görə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların bir ucu özünə dəydiyindən, Orta Dəhliz kimi Qazaxstan, Azərbaycan, Türkiyə, Ermənistandan istifadə etməyə məcburdur. Yəni, hazırdakı gərgin hərbi-siaysi vəziyyətdə ekonomik olaraq bu region uğurlu zolaqdadır.
Bizim.Media