Azərbaycan kommunistləri Rusiyanı DƏSTƏKLƏDİ – “Moskva antiterror əməliyyatı keçirir”

Azərbaycan kommunistləri Rusiyanı DƏSTƏKLƏDİ – “Moskva antiterror əməliyyatı keçirir”

Hazırda oxunan: Azərbaycan kommunistləri Rusiyanı DƏSTƏKLƏDİ – “Moskva antiterror əməliyyatı keçirir”

64209

“Bu gün Ukraynada cəryan edən hadisələr hər bir düşüncəli  insanı narahat edir. O cümlədən də biz azərbaycanlıları.  Əsrlər  boyu birgə yaşamış, eyni  tarixi və milli kökələrə malik olan bir xalqı bu gün qarşı-qarşıya qoymaq istəyən Qərb imperialist qüvvələri, dövlətlər arasında milli ədavəti qızışdırmaqla dünya ağalığına can atırlar”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov bildirib.

Partiya sədrinin sözlərinə görə AKP Ukraynada baş verən hadisələrə Rusiya-Ukrayna müharibəsi kimi yanaşmır: 

“RF silahlı qüvvələri Ukrayna ərazisini faşist elementlərindən təmizləyir və  xüsusi antiterror əməliyyatı həyata keçirir. Ukraynadakı hadisələr bir daha dahi Marksın inqilabi çağrışını və kapitalizm qurluşu haqqında dediyi fikirləri tam təsdiqləyir:
 

“Nə qədər ki, bəşəriyyətdə kapitalizm formasiyası mövcuddur, dünyada sülh, əmin-amanlıq  olamayacaqdır. Kapitalizm sistemində dövlətlərin dinc-yanaşı yaşaması qeyri mümkündür.”
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna ordusu Rusiyanın bütün istiqamətlərdə hücumunu dayandırır - Baş Qərargah


Rauf Qurbanovun sözlərinə görə, Qərbdən Ukraynaya gələn muzdlu əsgərlər bütün dünyanı fəlakətlə üz-üzə qoya bilərlər:

“ABŞ başda olmaqla imperialist qüvvələrin Ukrayna ərazisində bəşəriyyət üçün təhlükə olan hallara dəstək verməsi və  muzdlu əsgərlərin  “beynəlxlaq briqada” adı altında Ukraynaya göndərməsi əsil cinayətdir. Nəzərə alsaq ki, Ukraynada dörd AES fəaliyyət göstərir və bu istənilən vaxt nəzarətdən çıxıb, terrorçuların hədəfinə tuş gələ bilər və yaşadığımız dünya texnogen fəlakətlə qarşılaşar”.

AKP sədri Rusiya Kommunist Partiyasının sədri Gennadi Zyuqanovun münaqişəyə olan mövqeyini də qeyd edib: 

“Azərbaycan Kommunistləri bütün bu hadisələrdən hiddətlənərək dünya ictimaiyyətini Rusiya sol-vətənpərvərlər hərəkatının lideri G.Zyuqanovun mürəciətinə dəstək verməyə və qardaş Ukarayna xalqına həmrəylik nümayiş etdirərək başda ABŞ olmaqla irticaçı imperializmə   Ukrayna torpağını hərbi poliqona çevirməyə son qoymağa çağırır”. 

Tərəqqipərvər bəşəriyyət insanlığa qarşı yönəlmiş bu təzavüzə qarşı öz kəskin ehtirazını bildirməlidir – söyləyən Rauf Qurbanov, “Bu gün qonşularımızı evində baş vermiş yanğın, sabah bizim evimizə də keçə bilər”, - deyə fikirlərini tamamlayıb. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO