Azərbaycan antiterror əməliyyatlarına başlaya bilər? – Deputat 10 noyabr razılaşmasının icrasına ÇAĞIRDI 

Azərbaycan antiterror əməliyyatlarına başlaya bilər? – Deputat 10 noyabr razılaşmasının icrasına ÇAĞIRDI 

Hazırda oxunan: Azərbaycan antiterror əməliyyatlarına başlaya bilər? – Deputat 10 noyabr razılaşmasının icrasına ÇAĞIRDI 

63792

“Düşünürəm ki, Azərbaycan cavab tədbirləri görür. Bu tədbirlər onların atəşinə atəşlə cavab vermək və seprataçıların atəş nöqtələrini susdurmaqdır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirilir - Müdafiə Nazirliyi


Belə ki, Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində fəaliyyət göstərən separatçı qüvvələrinin son günlər artan təxribatlarına münasibət bildirən deputat növbəti tədbir kimi antiterror əməliyyatlarını ön plana çıxarıb:

“İkinci məsələ orda olan silahlı birləşmələrin 10 noyabr bəyanatında nəzərdə tutulduğu kimi, Azərbaycan ərazilərindən çıxarılmasıdır. Təbii ki, bu tələbdir və bunun həyata keçirilməsi üçün Azərbaycan vaxt qoya bilər ki, bu müddət ərzində silahlı birləşmələr ərazilərimizdən çıxarılacaq. Əgər bu baş verməzsə, Azərbaycan artıq antiterror əməliyyatları keçirmək hüququnu özündə saxlayır. Bunun başqa yolu yoxdur. Düşünürəm ki, onların bir atəşinə on beş atəşlə cavab veririk. Sepratçıların həyatını cəhənnəmə çevrimək lazımdır ki, onlar orada yaşaya bilməsinlər, əziyyət çəksinlər, qorxsunlar. Bunu da Azərbaycan hərbçiləri əlindən gələn kimi edir”.

Razi Nurullayev sülhməramlı kontingentə rəhbərlik edən general Andrey Volkovun əməllərinə də münasibət bildirib.

“Əslində, sülhməramlıların rəhbəri 4-5 aydan sonra dəyişəcək. Bununla bağlı, təbii ki, Azərbaycan tələb qoya və etirazlarını bildirə bilər. Məncə, onun da ömrünə az qalıb. Azərbaycan tələb qoya, Volkovu arzuolunmaz şəxs elan edə bilər ki, bu da sonrakılara dərs olar”, - deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, son günlərdə Andrey Volkovun Qarabağda sülhməramlıların nəzarətində olan ərazilərdə biznes qurduğu ilə bağlı xəbərlər yayılıb.

Belə ki, rus generalın Pirlər kəndində kommersiya məqsədi ilə üzüm bağlarından istifadə etdiyi, eyni zamanda ermənilər üçün qaçaqmalçılıqla məşğul olduğu deyilir. 

Onu da əlavə edək ki, 10 noyabr bəyanatından sonra Qarabağdakı erməni silahlı birləşmələrinin aktivliyi ən yüksək səviyyədə məhz son günlər müşahidə olunur. Bunun əsas səbəblərindən biri kimi də, məhz Volkovun fəaliyyətsizliyi ön plana çıxarılır.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO