ABŞ və Çin arasında texnologiya müharibəsi

ABŞ və Çin arasında texnologiya müharibəsi

Hazırda oxunan: ABŞ və Çin arasında texnologiya müharibəsi

6365

CNN-in Honkonq bürosundan verilən məlumata görə Çin qarşıdan gələn il üçün İNTEL və Samsung kimi şirkətlərdən asılılığı azaltmaq üçün texnoloji vasitələrin istehsalını artırmağı hədəfləyir.

Çini bu qərarı verməyə sövq edən əsas səbəb isə cümə günü ABŞ Ticarət Nazirliyinin ölkənin Semiconductor Manufacturing International Corporation (SMIC) şirkətinə texnoloji avadanlıqların satışını məhdudlaşdırması ilə bağlı verdiyi qərarı olub.

ABŞ SMİC şirkətini əldə etdiyi texnoloji vasitələri əməkdaşlıq etdiyi Çin ordusunun xeyirinə istifadə etməkdə ittham edir.

Bazar günü verdiyi açıqlamada şirkət məhdudiyyətlərin qısa müddətli fəaliyyətə zərər vermə ehtimalı olmasa da, uzun müddətli hədəfləri şübhə altında qoyduğunu bildirib.

Xatırladaq ki, Çin şirkətlərinin ABŞ-dan ixrac etdiyi əsas texnoloji vasitələr 10 nanometrdən daha kiçik olan yarımkeçiricilərdir.

Çin şirkətləri hazırda 7, 5 və 3 nanometr ölçülərdə çip istehsal edə bilən sənaye liderləri İntel, Samsung və TSMC (TSM) kimi şirkətlərdən üç-beş il geri qalır.

ABŞ Ticarət Nazirliyinin SMİC-lə yanaşı onlarla başqa Çin firmasını da ABŞ mallarını və texnologiyalarını satın alınmasına məhdudiyyətilərin tətbiq olunması haqqında qərarı ilə vəziyyət daha da ciddiləşib. 

Bir sıra analitiklər bu qadağanın Çinin texnoloji güc olaraq yüksəlməsinin qarşı ABŞ tərəfindən ciddi zərbə olduğunu düşünür. Məhdudiyyətlərin elan olunması ilə SMIC şirkətinin Hong Kong birjalarındakı səhmləri çərşənbə axşamı 0,9% azalaraq 18,96 Hong Kong dollarına (2,50 $) düşüb. Bu, son iki ayın ən aşağı göstəricisidir. ABŞ-ın ixrac qadağasının elan edildiyi gündən bəri şirkətin səhmlərində % 4,5 azalma müşahidə olunub.

Hazırda Çin qlobal rəqibləri ilə texnoloji fərqi aradan qaldırmaq üçün çip yarımkeçiricilərinin istehsalına milyardlarla dollar investisiya yatırır.

Çin Dövlət Başçısı Xi Jinping bu yaxınlarda dövlət xəbər agentliyi Xinhuaya verdiyi açıqlamada texnoloji vasitələr baxımından Çinin xaricdən asılılığını azaltmağa ciddi ehtiyac olduğunu qeyd etmişdi.

Çinin Xarici İşlər Nazirliyi çərşənbə axşamı ABŞ Ticarət Nazirliyinin qərarını tənqid edərək bu addımın "Qlobal sənaye və təchizat zəncirinin təhlükəsizliyi üçün ciddi təhdid" adlandırmışdı. Nazirliyin sözçüsü Vang Venbin jurnalistlərə verdiyi açıqlamada, ABŞ-ın "digər ölkələrin müəssisələrini sıxışdırmaqda” ittiham etmişdi.

Rəvan Əliyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO