Ərdoğan Putini təriflədi - ''Sözü, əməli birdir''

Ərdoğan Putini təriflədi - ''Sözü, əməli birdir''

Hazırda oxunan: Ərdoğan Putini təriflədi - ''Sözü, əməli birdir''

6339

“Cənab Putini tanıyandan sonra onu eynilə bu şəkildə tanıdım. Həqiqətən də sözü, əməli birdir”.

Bizim.Media “Hürriyət”ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Rusiya vədinə sadiq qalan və güclü münasibətlər qura biləcəyimiz nadir bir ölkədir. Hədəflərimizə eyni əzmlə addımlayırıq və inanıram ki, gedəcəyik”, - deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 17-də keçirilən illik mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında belə demişdi:

“Ərdoğanla hərdən fikir ayrılıqlarımız olur. Ancaq o, sözünün üstündə duran bir insandır, kişi adamdır, quyruq bulamır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO