“Ukraynanın Xarkov şəhərində vəziyyət ağır olaraq qalmaqdadır. Ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəxri konsulluq həmvətənlərimizə dəstək olmaq məqsədi ilə fəaliyyətini davam etdirir”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarkovdakı Fəxri konsulluğundan məlumat verilib.
Bu gün səhər saatlarından etibarən artıq 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyyə edildiyi bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Xarkovda azərbaycanlı ailənin 4 üzvü öldü
“Ötən gün Xarkov şəhərinin 5 kilometliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən Azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib. Onların sağ qalan 2 övladı hal-hazırda qohumlarının himayəsi altındadır.
Çerkaskie Tişki kəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyyəsini mümkünsüz edir. Azərbaycanın fəxri konsulluğu uşaqların vəziyyəti ilə maraqlanır. Həmvətənlərimizin təhlükəsiz təxliyyəsi üçün işlər davam etdirilir”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media