Paşinyanı “sülh müqaviləsi” açıqlamasına gətirən SƏBƏBLƏR – Tofiq Zülfüqarovun ŞƏRHİ

Paşinyanı “sülh müqaviləsi” açıqlamasına gətirən SƏBƏBLƏR – Tofiq Zülfüqarovun ŞƏRHİ

Hazırda oxunan: Paşinyanı “sülh müqaviləsi” açıqlamasına gətirən SƏBƏBLƏR – Tofiq Zülfüqarovun ŞƏRHİ

62982

“Bəllidir ki, Ermənistanı həmişə himayə edən Rusiya böyük böhranla qarşı-qarşıyadır. Böhrandan öncə Rusiyanın. Suriya, Ermənistanda hərbi bazalar, infrastruktur, Qarabağ məsələsində mövqe və s. kimi bir sıra imic fəaliyyətləri var idi. Lakin bunlar indiki vəziyyətdə Moskva üçün aktual olmayacaq. Çünki Rusiya üçün ciddi böhran gözlənilir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Belə ki Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsinin gündəmdə olması ilə bağlı verdiyi açıqlamanı şərh edən sabiq nazir sözügedən addımın beynəlxalq proseslərlə əlaqəsinə diqqət çəkib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan müxalifətə ƏSƏBİLƏŞDİ: "Sanasar yox, Qubadlı!" - VİDEO


Tofiq Zülfüqarovun sözlərinə görə, İrəvan Rusiya-Ukrayna böhranının davam etdiyi şəraitdə ələ düşən fürsətdən maksimum yaralanmağa çalışır:

“Və bunu nəzərə alaraq Ermənistan başa düşür ki, Rusiyanı regionda gec-tez hansısa Qərb ölkəsi əvəzləyəcək. Amma bu əvəzləmə prosesi bir günə başa gəlməyəcək. Onlar yaxşı başa düşürlər ki, bu proses Ermənistan üçün əsas təhlükə yaradacaq dövrdür. Bunun qarşısını almaq üçün İrəvanın məqsədi ondan ibarətdir ki, siyasi proseslərə üstünlük versin”.

Müsahibimizin sözlərinə görə, Ermənistanın sülh müqaviləsini baxışı heç də rəsmi Bakının mövqeyi ilə üst-üstə düşmür:

“Biz başa düşməliyik ki, onların sülh sazişinə mövqeyi, heç də bizim mövqeyimizlə üst-üstə düşməyəcək. Onlar öz işğalçı siyasətlərini yeni şəraitdə də davam etdirməyə cəhd edəcəklər. Bu baxımdan sözügedən dövrdə siyasi proseslərdə vaxt uzatma üçün Ermənistan bu kartdan istifadə edəcək. Paşinyanın da bəyanatı məhz bununla bağlıdır”.

- Sülh müqaviləsi imzalanandan sonra Ermənistan  buna tam əməl edəcəkmi?

“Birincisi, Ermənistanın məsələyə baxışı fərqlidir. Bu ilk növbədə danışıqların davam etdirilməsi üçündür. “Biz sülhə meyilliyik” imici yaratmaqla vaxt udmaq əsas məqsəddir. İkincisi, bu və ya digər şəkildə sazişin bağlanması o demək deyil ki, onlar müqaviləyə əməl edəcəklər. Çünki onlar bir çox beynəlxalq sənədlərdə öhdəliklər götürüblər. Lakin BMT qətnamələrində olduğu kimi, onları nəzərə almayaraq, öz siyasətlərini 30 il ərzində həyata keçiriblər. 

Bu baxımdan biz çox ümidli olmayaq ki, Ermənistan tərəfi sülh müqaviləsinə qol çəkdikdən sonra, ona tam şəkildə əməl edəcək. Lakin bizim mövqeyimizi gücləndirən əsas faktor, özümüzdən asılıdır. Yəni, güc nisbəti bizim xeyrimizədir. Hesab edirəm ki, biz öz siyasətimizi davam etdirməli və erməniləri uzun müddətli sülhə məcbur etməliyik, bunu da edəcəyik”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO