Martın 4-5-də İranın Hörmüzqan əyalətində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Daimi Nümayəndələr Şurasının iclası keçiriləcək.
Bizim.Media "Fars" agentliyinə istinadən xəbər verir ki, İƏT-ə üzv 10 ölkənin Bəndər-Abbasda daimi nümayəndələrinin proqramına Hörmüzqanın İƏT-lə birgə iqtisadi görüşü də daxildir.
MÖVZU İLƏ BAĞLI:
İƏT Qarabağda erməni cinayətlərilə bağlı hesabat hazırlayacaq
Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı ilk olaraq 1984-cü ildə üç ölkənin – İran, Türkiyə və Pakistanın iştirakı ilə İzmir müqaviləsi əsasında region əhalisinin iqtisadi həyat səviyyəsini yüksəltmək məqsədi yaradılıb. 1992-ci ildə Təşkilata Əfqanıstan, Tacikistan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstan da daxil olub.
Bizim.Media