Növbəti Rusiya-Ukrayna görüşü Bakıda ola bilərmi? – Politoloqdan ŞƏRH

Növbəti Rusiya-Ukrayna görüşü Bakıda ola bilərmi? – Politoloqdan ŞƏRH

Hazırda oxunan: Növbəti Rusiya-Ukrayna görüşü Bakıda ola bilərmi? – Politoloqdan ŞƏRH

62501

“Artıq danışıqların birinci raundu başa çatıb. Birinci görüşdən əvvəl yer məsələsi gündəmə gəlmişdi və Zelenski Bakı da daxil olmaqla bir sıra şəhərlərin adını çəkmişdi. Bu siyahıda Bakının adının olması ölkəmizin xoşməramından və hər iki ölkə üçün məqbul olmasından qaynaqlanır. Əminəm ki, Moskva da bu varianta etiraz etməz. Çünki Azərbaycanın həm Ukrayna, həm də Rusiya ilə münasibətləri yüksək səviyyədir. Və bu yüksək əməkdaşlıq səviyyəsi imkan verir ki, Azərbaycan vasitəçilik missiyasını öz üzərinə götürsün”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Fikrət Sadıxov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski Rusiya ilə görüşdən DANIŞDI – “Biz belə taktikaları qəbul etmirik” 


Politoloq indiki mərhələdə tərəflərin dialoqunun nə üçün önəmli olduğunu diqqətə çatırıb:

“Amma, bir sıra məqamlar və Ukraynadakı ümumi vəziyyət məsələyə bir sıra əlavələr tələb edir. İndi əsas məqsəd müharibəni dayandırmaq və atəşkəs elan etməkdir. Düşünürəm ki, tərəflər stol arxasına əyləşsələr də böyük nəticələr əldə oluna bilməz. Xüsusilə də, bu qədər qan töküldükdən sonra. Lakin heç olmasa müvəqqəti atəşkəs elan oluna bilər və tərəflər bir-birlərinin tələblərini dinləyə bilərlər. İndiki mərhələdə əsas məqsəd də məhz budur”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO