Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Yüksək peşəkarlıq, səriştəlilik, qeyri-adi enerji və müdriklik Sizi ən mürəkkəb dövlət məsələlərini uğurla həll edən parlaq siyasi lider nümunəsinə çevirib.
Belarus - Azərbaycan münasibətlərinin inkişafına konstruktiv və maraqla yanaşmağınıza görə Sizə səmimi qəlbdən təşəkkür edirəm.
Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan çoxşaxəli əməkdaşlıq Belarus və Azərbaycan xalqlarının rifahı naminə bundan sonra da dərinləşəcək və möhkəmlənəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə ürəkdən möhkəm cansağlığı, firavanlıq və nəzərdə tutduğunuz hədəflərə nail olmağınızı arzu edirəm".
Bizim.Media
![Lukaşenko İlham Əliyevi təbrik etdi Lukaşenko İlham Əliyevi təbrik etdi](https://bizim.media/file/articles/2020/12/24/1608818169_su.jpg)
- A-
- A
- A+
Siyasət
17:55 / 24.12.2020
Lukaşenko İlham Əliyevi təbrik etdi
Hazırda oxunan: Lukaşenko İlham Əliyevi təbrik etdi
Hazırda oxunan: Lukaşenko İlham Əliyevi təbrik etdi
6243
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.