İlham Əliyev Avstriya Prezidentini təbrik etdi

İlham Əliyev Avstriya Prezidentini təbrik etdi

Hazırda oxunan: İlham Əliyev Avstriya Prezidentini təbrik etdi

61741

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, mətndə deyilir: 

"Hörmətli cənab Federal Prezident,Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar təbrik məktubunuza görə təşəkkür edirəm.  

Mən də öz növbəmdə ikitərəfli əlaqələrimizdə bu əlamətdar tarix münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir və xoş arzularımı yetirirəm. 

Ötən dövr ərzində ölkələrimiz arasında formalaşmış dostluq münasibətlərinin mövcud vəziyyəti məmnunluq doğurur. Siyasi, ticari, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığımız dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir. 

İnanıram ki, sağlam təməl üzərində qurulmuş ənənəvi dostluq əlaqələrimiz və qarşılıqlı maraq doğuran əməkdaşlığımız istər ikitərəfli qaydada, istərsə də beynəlxalq strukturlar çərçivəsində bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. 
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim rifah arzulayıram". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO