İlham Əliyev Avropaya qaz tədarükü ilə bağlı detalları AÇIQLADI - “4-5 il əvvəl kontraktlaşdırılıb”

İlham Əliyev Avropaya qaz tədarükü ilə bağlı detalları AÇIQLADI - “4-5 il əvvəl kontraktlaşdırılıb”

Hazırda oxunan: İlham Əliyev Avropaya qaz tədarükü ilə bağlı detalları AÇIQLADI - “4-5 il əvvəl kontraktlaşdırılıb”

61694

“Azərbaycanın Avropaya qaz tədarükünə başladığı bütün həcmlər 4 və ya 5 il əvvəl, Trans-Adriatik Qaz Kəməri (TAP) tikildiyi zaman kontraktlaşdırılıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə bildirib.

“Siz yaxşı bilirsiniz, qaz elə bir məhsuldur ki, onu əvvəlcə satmaq, sonra isə hasil etmək lazımdır, ona görə də biz, sadəcə, fiziki olaraq, buna malik deyilik, yəni, bizə əlavə qazın lazım olduğunu nəzərə almamışdıq. Bizim ən böyük istehlakçımız Türkiyədir.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevdən rusiyalı jurnalistlərə: “Mən nə düşünürəmsə, onu deyirəm”


Ondan sonra İtaliya, sonra Gürcüstan, Yunanıstan, Bolqarıstan. Biz keçən il cəmi 19 milyard kubmetr qaz ixrac etmişik, bu il daha çox olacaq. Ola bilər ki, artığı spot bazarında satılsın”, - deyə Prezident bildirib.

Uzunmüddətli kontraktlara gəldikdə isə Prezident İlham Əliyev bildirib ki, bunun üçün təbii ki, əlavə olaraq sərmayə qoyulmalıdır:

“Bizim üçün ən cəlbedici tərəfdaş Türkiyədir. Birincisi, çünki biz müttəfiqik və düşünürəm ki, Türkiyə və Azərbaycan arasında qarşılıqlı fəaliyyət təsəvvür oluna biləcək ən yüksək səviyyədədir. İkincisi, Türkiyə bazarında artan tələbatdır və Rusiya iri təchizatçıdır”.  

Ölkə başçısının sözlərinə görə, hazırda Avropada müxtəlif ölkələr arasında Türkiyədən keçməklə Rusiya, Azərbaycan və ya hər hansı digər ölkənin qazına yönəldilmiş interkonnektorların yaradılması üzrə iş gedir:  

“Odur ki, sata biləcəyimiz həcmi dəqiq təsəvvür etmək üçün səylərimizi əlaqələndirmək planında Rusiya ilə Azərbaycan arasında fəal əməkdaşlıq da mümkündür. Başqa sözlə, bir-birimizə problem yaratmamalıyıq. Çünki qazın yüksək qiyməti həm bizim, həm Rusiyanın maraqlarına cavab verir”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO