İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərlərinin suallarını cavablandırdı

İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərlərinin suallarını cavablandırdı

Hazırda oxunan: İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərlərinin suallarını cavablandırdı

61507

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS-da Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Rusiya mətbuatında yer alıb.

Mənbə qeyd edir ki, görüşdə TASS-ın baş direktoru Sergey Mixaylov, TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman, “Birinci Kanal”ın baş direktoru Konstantin Ernst, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Oleq Dobrodeyev, NTV-nin baş direktoru Aleksey Zemski, Rusiyanın İctimai Televiziyasının baş direktoru Vitali İqnatenko, RT telekanalının baş redaktoru Marqarita Simonyan, “Novoye Vremya” qəzetinin baş redaktoru Dmitri Muratov, “Komsomolskaya pravda” qəzetinin baş redaktoru Vladimir Sunqorkin, “Kommersant” qəzetinin baş redaktoru Vladimir Jelonkin və başqaları iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev TASS-da Azərbaycan-Rusiya əməkdaşlığına həsr olunmuş sərgidə iştirak etdi - VİDEO


TASS xəbər verir ki, tədbir iştirakçıları fevralın 22-də iki ölkə liderlərinin imzaladığı Rusiya və Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin müxtəlif aspektlərini müzakirə ediblər.

Bundan əlavə, dünyada mövcud iqtisadi və siyasi vəziyyət, pandemiya, eləcə də Qarabağın bərpası ilə bağlı mövzular qaldırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO