“Moskva Bəyannaməsi” milli təhlükəsizliyimiz üçün də qarantdır” - Hikmət Babaoğlunun ŞƏRHİ

“Moskva Bəyannaməsi” milli təhlükəsizliyimiz üçün də qarantdır” - Hikmət Babaoğlunun ŞƏRHİ

Hazırda oxunan: “Moskva Bəyannaməsi” milli təhlükəsizliyimiz üçün də qarantdır” - Hikmət Babaoğlunun ŞƏRHİ

61485

“Əslində hamıya aydındır ki, Cənubi Qafqazda  Rusiya Federasiyasının iştirakı olmadan sülh və sabitlikdən danışmaq olmaz. Bu bir geostrateji reallıqdır. Belə olan halda yalnız praqmatik və rasional siyasi qərərlar qəbul etməklə uzunmüddətli sülhə nail olmaq olar. Əslində Azərbaycan Cənubi Qafqazın ən böyük və uzunmüddətli münaqişəsinə son qoymaqla sülh və əməkdaşlıq üçün yaxşı prerspektivlər yaradıb. Bu prosesdə Rusiyanın oynadığı pozitiv rol da mühüm əhəmiyyət kəsb edib və nəticə etibarilə 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyannamədə sülhün təmin olunması ilə bağlı zəmanətçi funksiyasını üzərinə götürüb”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində millət vəkili Hikmət Babaoğlu qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya və Azərbaycan arasında müttəfiqlik haqqında Bəyannamə imzalandı - VİDEO


Belə ki, fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri arasında imzalanan müttəfiqlik haqqında bəyannaməni şərh edən deputat 10 noyabr bəyanatı ilə bağlı sənəddə öz əksini tapmış məqamlara da toxunub.

Millət vəkili ilk növbədə bəyannamənin hər iki ölkənin maraqlarına cavab verdiyini diqqətə çatdırıb:

“Hazırda isə yeni yaranan qlobal siyasi reallıqlar bu istiqamətdə yeni addımların atılmasını və sülh və təhlükəsizlik üçün yeni siyasi qərarların qəbul edilməsini  şərtləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin fevral ayının 21-də Rusiya Federasiyasına səfəri və səfər çərçivəsində Rusiya ilə müttəfiqlik haqqında bəyannamənin imzalanmasının nəzərdə turulması da hər iki dövlətin milli maraqları baxımından olduqca aktualdır”.

Hikmət Babaoğlunun sözlərinə görə, Azərbaycan və Rusiya arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması milli təhlükəsizliyimiz baxımında mühüm əhəmiyyətə malikdir:

“Təqribən 40 maddədən ibarət olan və hərbi-siyasi və sosial iqtisadi, eyni zamanda humanitar sahələri əhatə edəcək belə bir mühüm sənədin imzalanması V.Putinin də dediyi kimi Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni bir mərhələyə qaldıracaq. Bəribaşdan bu mühüm mərhələni hərbi-siyasi və geostrateji kontekstə  yeni tarixi mərhələ kimi səciyyələndirmək olar.
 

Hər şeydən öncə ona görə ki , bu müttəfiqlik yeni çoxqütblü dünya nizamında Azərbacanı öz müttəfiqləri ilə birlikdə mümkün güc mərkəzlərindən birinə çevirəcək və regional inteqrasiyanı dərinləşdirməklə uzunmüddətli sülhə gətirib çıxaracaq. Bu isə hazırki mürəkkəb tarixi şəraitdə milli təhlükəsizliyimizi təmin etmənin ən yaxşı yoludur”.


Millət vəkili Azərbaycanla Ermənistan arasındakı keçmiş konfliktin həlli istiqamətində imzalanan sənəndlərlə Moskva Bəyannaməsinin bağlılığına da diqqət çəkib:

“Bəyannamədə qeyd olunan beşinci qrup maddələr yeni reallığın yaranmasında Rusiyanın oynadığı mühüm rolu təsbit etməklə 10 noyabr 2020, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli görüşlərdə razılaşdırılmış müdəaların yerinə yetirilməsinin vacibliyini qeyd edir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO